“Cinema Radio” kanalı Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni strategiyası çərçivəsində "Cinema Radio" layihəsinə dəstək göstərilir.
Mədəniyyət Nazirliyi ilə qurulan uğurlu əməkdaşlığın növbəti təzahürüdür ki, “AzerNyuMedia”nın təqdimatında yayımlanan “Cinema Radio” kanalı Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Qeyd edək ki, “Özgə cinema”, “Doğma cinema”, “Dost cinema” və “Fakt cinema” adlı dörd əsas rubrika üzrə yayımlanan radio kanalı hər həftənin şənbə günü saat 15:00-dan 16:00-dək (təkrarı bazar günü saat 11:00-da) dinləyicilərin görüşünə gəlir.
Operativ24.az