Bir müddət öncə xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərovdan xəbər var.
SHOWXEBER.AZ-ın məlumatına görə, Lent.az-a açıqlama verən xanəndənin qızı bildirib ki, atasının vəziyyəti stabildir:
“Atam ev şəraitində müalicəsini davam etdirir. Səhhətində yaşla əlaqədar bir neçə problem var.
İllərdir şəkər xəstəliyindən əziyyət çəkir. Şükürlər olsun ki, vəziyyəti normaldır. Amma müalicəsi davam edəcək”.
Qeyd edək ki, C.Akbərov bir müddət əvvəl səhhətində problem yarandığı üçün əlil arabasında gəzirdi.