22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Çingiz Hüseynzadə: "Tokio Olimpiadasında azı 8 real medalımız ola bilər" - MÜSAHİBƏ
İdman 25.06.2021 553

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibə verib.

OPERATİV24.AZ  saytının məlumatına görə, qurum rəsmisi MOK-da təşkil olunan bugünkü tədbirdən sonra idmançılarımızın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı sualları cavablandırıb.

- Olimpiadaya bir ay qalıb. Lakin hələ lisenziyalar qazanıla bilər. Yekunda hansı nəticəni gözləyirsiniz və əsas məsələ Tokioda hansı nəticə uğurlu hesab olunacaq?

- Lisenziyaların qazanılması hələ davam edir. Bir neçə idman növündə vəsiqə ala bilərik. Bunlar atletika, ağırlıqqaldırma, üzgüçülükdə mümkündür. Triatlonda da yenə lisenziya gözləyirik. Onların sayı arta bilər. Nəticəyə gəlincə, bu Olimpiya Oyunları əvvəlkilərə bənzəmir. Tamamilə başqa Oyunlardır, başqa şəraitdir. Əlbəttə, pandemiya hazırlığa da, lisenziyaların sayına da, bütün həyatımıza da təsir göstərib. Ona görə də bu həyatımızdakı yeganə və ilk mürəkkəb şəraitdə keçirilən Olimpiadadır. 2021-ci il olmasına baxmayaraq, yarışın adı Tokio-2020-dir. Olimpiada bir il təxirə salınıb. Bu təxirəsalma nə deməkdir? 2020-ci ildə namizəd olan bəzi idmançılar yoxdurlar, qocalıblar və yaxud ötən il yarışa gedə bilməyənlər bu dəfə iştirak edəcək.

Bizim cüdo komandamızı götürək. 60 kq, 81 kq çəkidə idmançımız olmayacaqdı. Çünki reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinqlərini qaldırıb, Olimpiadaya düşdülər. Yaşlı idmançılar üçün çətin olacaq. Bir il də qocalıblar. Fiziki formanı bir il də saxlamağın nə olduğunu bilirsiniz. Bizim başqa ölkələrin idmançılarının hazırlığı barədə məlumatımız yoxdur. Çünki yarışlar keçirilməyib. Çox az turnir olub. Boksda bir turnir təşkil olunub.

Lisenziya qazanan idmançıların durumu haqda məlumatımız yoxdur. Ona görə də bu Olimpiadada proqnoz vermək çox çətindir. Həmişə proqnozlar verərdim. Kifayət qədər reallığa yaxın olurdu. Bu dəfə də əminəm ki, medallarımız olacaq, az olmayacaq. Əyarlı medallarımız olacaq. Çalışacağıq ki, bu il kəmiyyətdən çox, keyfiyyətə fikir verək.

- Hansı idman növündə idmançılar lisenziya sayında ümidləri doğrultdu, hansında yox?

- Hansı idman növünün nə qədər lisenziya qazanması ilə bağlı ənənə vardı. Çüdoçular planı artıqlaması ilə doldurdular. Bu dəfə 9 nəfərlə gedirlər. Güləşçilər isə 7 nəfərlə gedir, ötən dəfə 14 iştirakçı idi. Ona görə deyirəm ki, güləşdə çalışıb kəmiyyətlə deyil, keyfiyyətlə cavab verək. Komandanın say baxımından az olması səbəbindən. Pandemiya çox şeyi dəyişdi.

- 8 medal gözlədiyinizi açıqlamısınız. Bu rəqəmi təsdiqləyirsiniz?

- Azı 8 real medalımız ola bilər. Hər bir güləşçimizdən, cüdoçularımızdan medal gözləyirəm. Bu dəfə əsas ümidimiz karateçilərdir. Onlardan yaxşı nəticə gözləyirik. Boksdan, taekvondodan medala namizədlərimiz var. Komandada güclü idmançılar yer alıb. Rio bizi nəyə öyrətdi? 8 idmançımız finala çıxdı. Onlardan yeddisi uduzdu, biri qızıl medal qazandı. Onların hər biri qızıl ala bilərdi. Medal dedikdə onların əyarını müəyyənləşdirmək çox çətindir. Bir saniyədə, bir anda baş verən məsələlərdir. Ümumiyyətlə medala gəldikdə ümid edirəm ki, kifayət qədər olacaq.

- Mətbuat konfransında rəsmi yolasalma mərasiminin keçirilməyəcəyini dediz. Bəs idmançılar təxminən nə vaxt Yaponiyaya gedəcəklər?

- Bununla bağlı qrafik var. Məsələn, cüdoçular birinci yollanacaq. Yarışa bir həftə qalmış, Olimpiya kəndi açılanda onlar Tokioya gedəcək. Digər idmançılar öz vaxtında, yarış gününə 2 gün qalmış ora yollanıb, uzağı 2 gün sonra geri qayıtmalıdır. Bu, Olimpiadanın qaydaları ilə nizamlanıb.






Starxeber Bizi instagramda izləyin