22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Şəhid övladları arasında yelkənli qayıq idman növü üzrə turnir keçirilib
İdman 24.06.2021 370

7-16 yaşlı Şəhid övladları arasında yelkənli qayıq idman növü üzrə turnir keçirilib. 


7-16 yaşlı Şəhid övladları üçün yelkənli qayıq idman növü üzrə turnir təşkil edilib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə şəhidlərin və rabitəçi qazilərin övladları üçün sayca üçüncü dəfə turnir keçirilib. 

Operativ24.az xəbər verir ki, 20 iştirakçının qatıldığı turnir 25 iyun - Dənizçi Günü və Azərbaycan Respublikasının telefon rabitəsinin yaradılmasının 140 illiyinə həsr edilib.

Məqsəd uşaqlar arasında yelkənli qayıq idman növə maraq və onların peşəkar səviyyədə məşğul olmasıdır.  



Tədbirdə optimist sinfi üzrə yığmanın baş məşqçisi Seyhun Yıldız və lazer sinfi üzrə baş məşqçi Tuğçe Subaşı iştirak edib. Hər iki mütəxəssis tədbir iştirakçılarına yelkən idmanı ilə bağlı məlumat verib, onlarla birlikdə yarışda iştirak edib. 

Mərasimdə yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsi üsulları öyrədilib.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat katibi Pərvanə İmanova Operativ24.az-a açıqlamasında açıqlamasında bildirib ki, bugünkü tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin, eləcə də qazilərin övladlarına həsr edilib: "Bu, əyləndiciri və maarifləndirici tədbir idi. Əsas məqsəd Vətən uğrunda canlarından keçən şəhidlərimizin və qazilərimizin övladlarının vaxtlarının səmələri keçirilməsidir. Gələcəkdə belə yarışların keçirilməsi müntəzəm olacaq.






Starxeber Bizi instagramda izləyin