17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanda 2 nəfəri izləyib öldürən şəxsə görə KƏND MÜHASİRƏYƏ ALINDI
Kriminal 24.06.2021 1 343

Ötən gün axşam saatlarında Lənkəran rayonu Havaza kəndində 1982-ci il təvəllüdlü Şiriyev Seymur Səyyaf oğlunun yaxın qohumu olan 2 nəfəri güllələyərək öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

OPERATİV24.AZ publika.az-a istinadən xəbər verir ki, S.Şiriyevin ailəsi ilə onun öldürdüyü qohumların ailələri arasında xeyli vaxtdır problemlər varmış.

Belə ki, torpaq sahəsi üstündə yaranmış narazılığıa görə Seymurun ailəsi ilə əmisi oğlu, 1987-ci il təvəllüdlü Fərəcov Elmar Sərdar oğlunun ailələri münaqişəli vəziyyətdə olub.

Hadisəyə gəlincə Seymur əvvəlcə bibisi nəvəsi, 1992-ci il təvəllüdlü Mirzəyev Alim Müqabil oğlunu izləyib. Qətlə əvvəlcədən hazırlaşan Seymur Alimin odun gətirmək üçün meşəyə getdiyini görüb və silahla onu izləməyə başlayıb. O, meşədə Alimə yaxınlaşaraq atəş açıb. İkinci aldığı xəsarətlərdən hadisə yerində ölüb. Seymur Şiriyev daha sonra əmisi oğlu Elmarın ardınca yollanıb və onun qoruq deyilən əraziyə mal-qaranı apardığı yerə yollanıb. Burada Elmarı yaxalayan Seymur onu da güllələyərək öldürüb. Daha sonra S.Şiriyev naməlum istiqamətə gedərək gizlənib. Onun başqa şəxs və ya şəxsləri hədəf ala bilmə ehtimalı olduğundan kənd polis əməkdaşları tərəfindən tam mühafizəyə götürülüb. Həmçinin ətraf yol və yaşahyış məntəqələrində polis nəzarəti gücləndirilib.

Hadisənin törədildiyi Havaza kəndinin sakinlərinin bildirdiyinə görə, qətli törədən şəxs 2 il əvvəl həyat yoldaşından boşanıb. Həyat yoldaşı Lənkəran şəhərinə -ata evinə qayıdandan sonra Seymurun ailəsi ilə qohumlarının münasibəti daha da pisləşib. Onlar ailənin dağılmasında bəzi şəxslərin rolunun olduğunu düşünüblər, həmçinin bir sıra digər qısqanclıq epizodları müzakirə edilib. İlkin ehtimal kimi 2 gəncin öldürülməsi qısqanclıq və qisas zəminində baş verib.

Hazırda axtarış tədbirləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin