Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 65 nəfər ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 809 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 5 917 nəfər sağalıb, ağır xəstə sayı isə 763 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5 387 545 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 248 862 nəfər sağalıb, 49 358 nəfər isə ölüb.