22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Azərbaycanda 5 min üzvü olmayan partiyalar - LƏĞV OLUNUR
Siyasət 23.06.2021 253

Ölkənin siyasi arenasında ciddi dəyişikliklərin edilməsi planlaşdırılır. Bunun üçün öncə qanunvericilik bazasının dəyişdiriləcəyi bildirilir.

Operativ24.Az-a daxil olan məlumata görə, əsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir.

Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməzi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir.

Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Dəyişiklikdə isə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Qanuna edilən dəyişiklikdən sonra partiyaların yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Bu isə üzvlərinin sayı 5 mindən az olan partiyaların ləğv olunması, ya da bir neçəsinin birləşdirilməsinə səbəb olacaq.

Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.






Starxeber Bizi instagramda izləyin