10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Kövrəklik qarışıq qürur
Mədəniyyət / Siyasət 23.06.2021 309

Kövrəklik qarışıq qürur

Nigar Rəfibəylinin şeir dünyasının işığı oxuyanın duyğularını, duyumunu, ürəyini nurlandırırdı. Hamının müşahidə etdiklərini Nigar Rəfibəyli tamam başqa formatda, tamam başqa yozumda müşahidə edirdi və bu bənzərsiz müşahidə bənzərsiz misralara, şeirlərə çevrilirdi. 
Şairin lirikasında musiqililik aydınlığıyla seçilir. Yəni misralar (bütövlükdə şeir) öz musiqisi ilə oxunur, dərk edilir. Hamımızın əzbərində olan “Ala gözlüm” şeiri bu baxımdan xarakterikdir. Sevgi şeiridir, həsrətin şeiridir. Bəlkə buna görə belə duyğusaldır? Həsrətlə ötüşən gecənin ömrünün il qədər uzun olduğunu, həsrətə görə bağçadakı güllərin hər səhər tezdən açıb vaxtsız solduğunu deyən şair çarəsizliyin şeirini yazıb:

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçını yolur, neyləyim?

“Günəşdən gənclik istədim”, “İşıqlı dünyam”, “Dənizin səsi gəlir” kimi kitabları Azərbaycan poeziyasında oxucu sevgisi qazanmış kitablardandır. Filologiya elmləri doktoru tənqidçi Vaqif Yusifli xalq şairi Nigar Rəfibəylinin poeziyasını çiçək dünyası adlandırır. Çiçəklər gözəlliyin rəmzidir, Nigar Rəfibəylinin şeirləri duyumun poeziyasıdır.
İyunun 23-ü xalq şairi Nigar Rəfibəylinin anadan olduğu gündür. Şeir həvəslisi kimi, Nigar Rəfibəyli poeziyasının vurğunu kimi bu günü kövrəklik qarışıq qürurla xatırlayıram.


Səbinə Xasayeva
Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin