Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Operativ24.Az xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./unikal