Bakıda süpürgəçi qadını avtomobil VURDU

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Operativ24.Az  xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu bazarının yaxınlığında baş verib.

Yolu süpürən 1965-ci il təvəllüdlü Həsənova Gülgəz Rafael qızını avtomobil vurub. Hadisə zamanı ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.(apa.az)


Showxeber Bizi instagramda izləyin



Hadisə 22.06.2021 150
Bütün Xəbərlər