22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Məşhurlar instagramda reklamı neçəyə edir? - QİYMƏT SİYAHISI
Maqazin 22.06.2021 543

Şou-biznes nümayəndələrinin gəlir yerləri sırasına İnstaqram səhifələri də daxildir. Onlar şəxsi profillərində müxtəlif qiymətə reklam yayımlayırlar.

MTV sənət adamları arasında sorğu apararaq, onların İnstaqramdakı reklam qiymətlərini öyrənib.

Müğənni Sevda Yahyayeva bildirib ki, çox reklam təklifi alır. Amma o, hər şeyi qəbul etmədiyini söyləyib. "Gələn təkliflərdə seçiciyəm. Hər şey yayımlamıram" deyə, ifaçı deyib.

Aparıcı Çinarə Əliyeva "hekayə" bölümündə bir paylaşımı 300 manata etdiyini deyib. Əsas səhifədə bir reklam min manatdır.

Aktrisa Pərvin Abıyeva əsas səhifədə qiyməti gizli saxlayıb. O bildirib ki, "hekayə" bölümündə bir post 500 manatdır. Əgər aktrisa özü də reklamda yer alacaqsa, qiymət iki qat bahadır.

Müğənni Xatun Əliyeva isə "hekayə" bölümündə 500-1000 manata paylaşım edir. Əsas səhifədə isə özü olmasa 1500, özü də yer alarsa 2 min manatdır.

Müğənni Nazənin isə "hekayə" bölümündə bir paylaşıma 3 min manat qiymət qoyub. O bildirib ki, ya yüksək məbləğə razılaşır, ya da pulsuz paylaşım edir. 






Starxeber Bizi instagramda izləyin