22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Nöqsan aşkarlanan xəstəxanaların adları məlum oldu- SİYAHI
Sosial 22.06.2021 514

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində keçirdiyi yoxlamalar nəticəsində 8 xəstəxanada ciddi nöqsanlar aşkarlanıb.

Operativ24.Az  həmin tibb müəssisələrinin siyahısını əldə edib.

Nöqsan aşkarlanan xəstəxanalar aşağıdakılardır:

- Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

- Siyəzən Müalicə Diaqnostika Mərkəzi

- Saatlı Rayon Mərkəzi Xəstəxanası

- Hacıqabul Rayon Mərkəzi Xəstəxanası

- Göygöl Rayon Xəstəxanası

- Samux Rayon Xəstəxanası

- Biləsuvar Rayon Xəstəxanası

- Lənkəran Rayon Xəstəxanası

Qeyd edək ki, TƏBİB tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılmışdı.

Nöqsan aşkarlanan xəstəxanalarla bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib. // "Report"






Starxeber Bizi instagramda izləyin