17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Niyam Salaminin restoranında Əməliyyat keçirildi
Maqazin 21.06.2021 276

Müğənni Niyam Salamiyə məxsus restoranlar cərimələnib. 

Operativ24.Az  xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Salam-İ” restoranında (keçmiş “Turan Eli” ) şənbə günü xüsusi karantin rejimi kobud şəkildə pozularaq gizli toy mərasimi keçirilib.

Hüquq- mühafizə orqanlarının əməkdaşları məkanda əməliyyat keçiriblər. Nəticədə toy sahibləri, qonaqlar və restoranın işçi heyəti polis şöbəsinə aparılıb. N. Salami beş min manat, məkanın administratoru 200 AZN dəyərində cərimələnib.  

Üç gün əvvəl isə sənətçinin Novxanı qəsəbəsində yerləşən “Salam-İ” restoranında Daxili İşlər Nazirliyi və  Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən reyd aparılıb. Monitorinq zamanı qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimələnib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yerləşən “Salam-İ” restoranında toy şənliyinin keçirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Həmin məkana polis əməkdaşları tərəfindən baxış keçirilib. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən obyektin icarədarı Masallı rayonunda qeydiyyatda olan Niyaməddin Səfərov (Niyam Salami-red) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 5000 manat, restoranın administratoru Orxan Nadirov barəsində 200 manat inzibati tənbeh tədbiri görülüb.

Elvin Elxan






Starxeber Bizi instagramda izləyin