17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kaspersky: hər beş istifadəçidən biri proqramın yenilənməsi bəhanəsilə korporativ videozəngdən yayınıb
Sosial 21.06.2021 277

Kaspersky: hər beş istifadəçidən biri proqramın yenilənməsi bəhanəsilə korporativ videozəngdən yayınıb


Kaspersky-nin keçirdiyi qlobal sorğunun* nəticələrinə görə, dünyadakı istifadəçilərin  21%-i video görüşdən yayınmaq üçün cihazlarının yenilənməsini bəhanə gətirib. Bu bəhanə inandırıcı görünür: respondetlərin 35%-i zəngə doğrudan da bu səbəbdən gecikdiyini bildirib.

Distant iş rejiminə keçid toplantı çoxluğu probleminin həllinə yardımçı ola bilməyib: insanlar videozənglərdən yorulur və onlarda iştirak etməmək üçün bəhanələr axtarır. İş cihazının yenilənməsi isə onlayn görüşlərdən yayınmaq üçün olduqca məqbul səbəb kimi görünür

Bəziləri proqramın yenilənməsi prosesini təxir üçün bir fürsət kimi qəbul edirlər: respondentlərin 27% -i işdən yayınmaq üçün yeniləməni qəsdən başlatdıqlarını etiraf edib. Amma bu, insanların çoxunun xoşuna gəlmir: 65% respondent cihazın qeyri-iş saatlarında yenilənməsini istəyərdi. Ola bilsin ki, onlar yenilənmələrin yaddaşda saxlanılmamasından qorxurlar, çünki 37% respondent kompüter və ya noutbukun yenilənmədən sonra işə düşməsi nəticəsində eyni halla qarşılaşıb.

“Yeniləmələr adətən fon rejimində yüklənir və işə mane olmur, lakin bundan sonra cihazı yenidən yükləmək lazım gəlir. Əlbəttə ki, yayınmaq mümkün olmayan tapşırıqlar var, buna görə istifadəçi adətən yeniləmələrin quraşdırılması prosesini bir müddət təxirə sala bilər. Ancaq cihaz ən uyğunsuz zamanda, vacib bir zəngdən əvvəl və ya uzun bir məktub yazarkən yenidən yüklənməyə başlamaması üçün, onu çox uzatmaq lazım deyil,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Yeniləmə quraşdırılması prosesi işçilər və sistem administratorları üçün daha rahat olsun deyə, Kaspersky İT şöbələrinə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

  • yeniləməni iş gününün sonuna planlaşdırın;
  • əgər mümkündürsə, yüklənmə prosesini qeyri-iş vaxtına keçirməyə kömək edən distant qoşulma texnologiyasından istifadə edin;
  • istifadəçiləri bir neçə qrupa bölün və yeniləməni hər biri üçün növbəylə yükləyin ki, İT şöbəsi ona ehtiyac duyan hər kəsə kömək edə bilsin;
  • korporativ proqram təminatında avtomatik yadda saxlama funksiyası varsa, bu barədə məlumat verin ;
  • sonuncu cihazların qorunması üçün yenilənməni idarə etmək funksiyasına malik həllərdən, məsələn biznes üçün Kaspersky Endpoint Security-dən istifadə edin. Davranışların təhlili və eksploytlardan qoruma texnologiyası təcavüzkarların açıq zəifliklərdən istifadəsinin qarşısını alır

*İnsanların cihazlardakı yeniləmələrə münasibətini və bu proseslə bağlı vərdişlərini öyrənən sorğu, Kaspersky-nin sifarişi ilə Savanta şirkəti tərəfindən 2021-ci ilin aprelində dünya üzrə 15 min insan arasında aparlıb.  



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin