17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“ASAN Xidmət”də mühüm yenilik - Problemi telefona çək, qurumlardan şikayət göndər (VİDEO)
Sosial 21.06.2021 182

Azərbaycanda ilk dəfə Sumqayıtda "ASAN müraciət" mobil tətbiqi istifadəyə verilib. Sakinlər bu tətbiqi telefonlarına yüklədikdən sonra qarşılaşdıqları müxtəlif problemlərin video və fotosunu çəkib aidiyyəti dövlət qurumlarına göndərə biləcəklər.

Manset.az  Xəzər TV-yə istinadən xəbər verir ki, kommunal, yol, nəqliyyat problemlərinin əvvəlcə telefonla video və fotosu çəkilir.

Sonra isə həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir. Şikayəti göndərən şəxs problemin icra olunub-olunmamasını da görə bilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN müraciət" informasiya sistemi yaradılaraq mobil tətbiq istifadəyə verilib. "ASAN müraciət" informasiya sistemindən pilot layihə kimi ilk olaraq Sumqayıt şəhər sakinləri istifadə edə bilərlər. Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir.

Sumqayıt sakinləri qarşılaşdıqları problemlərlə bağlı şikayətlərini aidiyyəti dövlət qurumlarına göndərmək istəyirlərsə, ilk olaraq "ASAN müraciət" mobil tətbiqi telefonlarına yükləməlidirlər.

Qeyd edək ki, "ASAN müraciət" informasiya sistemi qısa müddətdə ölkə ərazisini əhatə edəcək.






Starxeber Bizi instagramda izləyin