17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
SON DƏQİQƏ! Bakı Olimpiya Stadionuna gedən yol bağlandı
Sosial 20.06.2021 219

İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Operativ24.Az  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.



Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.

Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.

Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb.

Xüsusilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.(xəzərxəbər)






Starxeber Bizi instagramda izləyin