10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb" - Bilal Əliyev
Maqazin 18.06.2021 491

Artıq dünyanın bir çox ölkəsində toyların keçirilməsinə icazə verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar.

Azərbaycanda isə bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib, şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.

Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən çox tanınanları isə müğənnilərdir. Onlar tezliklə toyların açılmasını tələb edir, mövcud vəziyyətdən gileylənirlər.

Operativ24.Az   xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev isə həmkarlarından bir qədər fərqli düşünür. Müğənni hesab edir ki, toyların keçirilməsinə icazə verilməsi xəstəlik sayına təsir edəcək: 

"Əgər toylara hələ də icazə yoxdursa, deməli məsləhət deyil, insanlar yenidən yoluxa bilərlər, xəstəlik sayı yenidən arta bilər. Bilirsiniz, bəzən tamah insanları elə yerə aparıb çıxarır ki, heç ağlınıza da gəlməz. Ağıllı insanlar bir tikə çörəyi duza batırıb yeyər ki, təki belə şəraitdə xəstəlik yaymasınlar. Ona görə biz bir müddət də səbr etməliyik. Gözləyək, nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər".

Sənətçi şou əhlinin əksəriyyətinin qonşu ölkə - Rusiyaya üz tutub, oradakı həmyerlilərimizin toylarında çıxış etməsinə də münasibət bildirib:

"Rusiyaya gedən həmkarlarımı bəzən tənqid edənlər də tapılır. Buna gərək yoxdur.  Demək ki, pula ehtiyacları var deyə gedirlər, mənim də ehtiyacım olsa, gedərəm. Yaxud da ola bilər ki, həmin sənətçilərə yüksək tələbat var, onlar da gedir.

Onlar da bir parça çörəklərini qazanrlar, burda pis nə var axı? Amma bir məsələ var ki, bizdə vəziyyə yaxşı olsa da, Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb. Oradakı həmyerlilərimiz daha böyük risk altındadırlar, yoluxa bilərlər. Mənim həmkarlarıma yeganə məsləhətim o olar ki, ehtiyyatlı olub, özlərini qorusunlar. Sağ-salamat ruzilərini qazanıb, vətənə geri dönsünlər".






Starxeber Bizi instagramda izləyin