Qəzada həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK

İyun ayının 16-da saat 16:40 radələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğluna şəhid statusu veriləcək. 

OPERATIV24.AZ xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətindən (DSX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. 

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.


Showxeber Bizi instagramda izləyin



Hadisə 17.06.2021 199
Bütün Xəbərlər