22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Türkiyə millisi Uelsə məğlub OLDU
İdman 16.06.2021 282

AVRO-2020-də qrup mərhələsinin II turu start götürüb.

OPERATIV24.AZ  xəbər verir ki, günün ikinci oyunu Bakıda keçirilib.

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxıblar.

UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasında yer alıb.

Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın idarə etdiyi görüşə 4 gün öncə Bakı Olimpiya Stadionundakı ilk sınağında İsveçrə ilə heç-heçə (1:1) edən böyük britaniyalılar daha fəal başlayıb. Matçın əvvəlində üstünlük Robert Peycin yetirmələrində olsa da, “ay-ulduzlular” oyunu tarazlaşdıra biliblər. Lakin daha çox hücum edən Şenol Günəşin yetirmələri rəqib qapısına yol tapa bilməyiblər. Hesab fasilə ərəfəsində açılıb. Uels yığmasının ulduzlarının meydandakı gözəl anlaşması Qaret Beylin assisti və qapıçı ilə üz-üzə qalan Aron Remsinin qolu ilə nəticələnib.

İkinci hissənin əvvəlində uelslilər bir neçə hücum təşkil etsə də, türkiyəlilər üstünlüyə yiyələnib.

Hesabı dəyişməyə çalışan “ay-ulduzlular” rəqibin azsaylı hücumlarından biri zamanı penalti ilə cəzalanıb. Qaret Beyl özünün qazandığı 11 metrlik cərimə zərbəsini qapının üstündən vurub. Bu epizoddan sonra rəqibi qapısına sıxışdıran qardaş ölkə təmsilçisi bir neçə təhlükəli epizod yaratsa da, imkanlardan yararlanmayıb.

Görüşün sonlarında əsəblər tarıma çəkilib. Bu da Uels millisinin qapısı önündə qalmaqalla nəticələnib. Burak Yılmazla Ben Devis arasında anlaşılmazlıq hər iki komandanın futbolçuları arasında çaxnaşmaya səbəb olub. Aranı sakitləşdirən referi üç oyunçuya xəbərdarlıq verməklə kifayətlənib. Uzatma dəqiqələrinin sonunda uelslilər ikinci qolu vuraraq inamlı qələbə qazanıb.

Bununla da 5 gün əvvəl İtaliyada meydan sahiblərinə 0:3 hesabı ilə uduzan Türkiyə yığması ardıcıl ikinci məğlubiyyətini alıb. Əgər turun digər matçında İsveçrə appeninlilərə qalib gəlsə, “ay-ulduzlular”ın 1/8 final şansı qalmayacaq.

Qeyd edək ki, A qrupunda II tura bu gün yekun vurulacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmada İtaliya İsveçrə ilə üz-üzə gələcək.






Starxeber Bizi instagramda izləyin