17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Paytaxt üzrə 2 986 şagird liseylərə qəbul üçün qeydiyyatdan keçib
Sosial 16.06.2021 360

Paytaxt üzrə 2 986 şagird liseylərə qəbul üçün qeydiyyatdan keçib


2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin lisey siniflərinə elektron sistem vasitəsilə 2 986 müraciət daxil olub.

Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçmiş şagirdlər müsabiqədə iştirak edəcəklər.

V, VI, VII və VIII siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri ilə yanaşı, qeyri-standart düşünmə bacarıqları da yoxlanılacaq. 9-cu siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərə isə məntiqi təfəkkürün əvəzinə fizika və kimya fənləri üzrə suallar təqdim olunacaq.

Müsabiqə16 iyun (VI sinfə qəbul), 17 iyun (V sinfə qəbul), 18 iyun (VII sinfə qəbul), 21 iyun (VIII və IX siniflərə qəbul)tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.




Operativ24.az 






Starxeber Bizi instagramda izləyin