17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət 15.06.2021 392

“Məndən təzə şeir xəbər alan dost...”



 

Bu misra Azərbaycan poeziyasının ən çox oxunan (və sevilən!) şairlərindən biri olan Hüseyn Ari­fin şeirindəndir. Gözəl şeirdir, könül şeiridir.

Şair Hüseyn Arif Səməd Vurğun ədəbi məktəbinin davamçılarından idi. Onun şeirlərində xalq fəlsəfəsi, xalqın ünsiyyət leksikası, xalq deyimlərinin poetikası həmişə düşüncələrin niza­mı­nı müəy­yənləşdirib. Şairin istər lirik, istərsə də epik əsərləri oxucuların könül xoşluğuna dö­nüb. Özünün dediyi kimi, ürəklə yazılan şeirlər ürəklə oxunur. Oxunur və yaddaşlara, dü­şün­cələrə. düşüncələrdən ürəklərə köçür. Yəni Hüseyn Arif xalqdan aldığını böyük məsuliy­yət­lə, böyük ehtiramlarla, sevgilərlə poetik biçimdə xalqa qaytarıb.

Hüseyn Arifin poeziyası duyğular poeziyası olsa da, həyatın, təbiətin sözlə gözəl təsviri kimi seçilib. Bu şeirlərdə dağ kəlinə atılan güllələrin sızıltıları da duyulur, ağacların buda­ğın­dan yarpaq salan yellərin əsməsi də, gurşad yağışların coşqunluğu da, kol dibinə qısılan bə­növ­şələrin ləçəyini beşik bilən şəbnəmin uçuntusu da.


Ömür deyir: Qocalmışam,



 

Ürək deyir: Yaşa hələ, –


deyən, “Yaşa hələ”, “Analar”, “Sən dərsə gəlməyəndə”, “Yaş altımışdı”, “Söylə, ya­dın­da­mı”, ... kimi yüzlərlə şeiri indi də böyük həvəslə, sevgilərlə, duyğusallıqla oxunan xalq şairi Hü­seyn Arif bütün dövrlərin şairidir.

“Yolda” poeması xalq şairi Səməd Vurğuna həsr olunsa da şair yolunun, şeiriyyət yolu­nun, şeir yolunun poeması kimi oxunub, belə də oxunur.

İyunun 14-ü sevdiyimiz, indi də sevilən xalq şairi Hüseyn Arifin anım günüdür.



 



 

Səbinə Xasayeva,



 

Milli Məclisin deputatı



 



 






Starxeber Bizi instagramda izləyin