10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 14.06.2021 365

Tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

İyunun 14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin olunması və potensialının artırılması məqsədi ilə həyata keçirilən layihədə Bakının 11 ali və orta ixtisas təhsili müəssəsindən olan komandalar iştirak edib.

Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Pərviz Mirələmli və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən bəhs ediblər.

Maraqlı, bir o qədər də gərgin keçən oyun zamanı ən yaxşı nəticə göstərən  Azərbaycan Turizm və Menecment Universitetinin komandası qalib gəlib.

İkinci və üçüncü yerlərin sahibi isə Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları olublar. Sonda ilk üç yerin sahibi olan komandalar mükafatlandırılıblar.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin