22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial / Mədəniyyət 14.06.2021 969

[hide][/hide]İyunun 15-də Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mədəniyyət xadimləri ilə görüşməkdən məmnunluğunu bildirdi: “Hər birinizin Azərbaycan mədəniyyətinə böyük töhfələri var. Dövlət başçımız mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayır. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir. Dövlət başçısının bilavasitə rəhbərliyi ilə pandemiya şəraitinə baxmayaraq, mədəniyyətimizin inkişafı ilə bağlı proseslər davamlı xarakter daşıyır. Buna misal olaraq Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, “Xarıbülbül” festivalının keçirilməsi, habelə yay aylarında Vaqif poeziya günlərinin keçirilməsi və digər mədəni layihələri qeyd edə bilərik”.
Nazir daha sonra dedi: “Hörmətli sənət xadimləri, bildiyiniz kimi, Mədəniyyət Nazirliyində də böyük islahatlara başlanıb. Məqsədimiz cəmiyyətdə mədəniyyətin rolunu artırmaqdır. Bu müqəddəs missiyada siz də böyük bir qüvvəyə maliksiniz. Sizi bu prosesin tərkib hissəsi kimi görürük. Çox istərdik ki, bu yolda siz də bizə yardımçı olasınız və əminəm ki, belə də olacaq. Bilirəm ki, bu mükafatlanma nəinki imtiyazlardır, eyni zamanda sizin üzərinizdə bir vəzifə və məsuliyyətdir. Siz cəmiyyətdə olan nüfuzunuzdan istifadə edib mədəniyyətimizin bundan sonra da inkişafına dəstək olacaqsınız. Mədəniyyət əcdadlarımızdan qalan mirasdır və hesab edirik ki, bu zəngin mədəniyyəti qorumaqla yanaşı, yeni yaradıcılıq imkanlarına meydan açacağıq”.
Anar Kərimov çıxışının sonunda mədəniyyət xadimlərinə Milli Qurtuluş Günü münasibətilə də təbriklərini çatdırdı: “Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün sayəsində dövlətimiz hazırkı uğurlara nail ola bilib. Həm sosial-iqtisadi, həm də mədəni dirçəlişimizin bünövrəsində ulu öndərin qoyduğu siyasət dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər də məhz bu siyasətin nəticəsidir. Bir daha sizi təbrik edirəm”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci və 2-ci dərəcəli “Əmək” ordenləri və digər təltiflərə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları təqdim olundu.
“Şərəf” ordeninə layiq görülmüş Xalq artisti, xanəndə Mənsum İbrahimov Vətən müharibəsində xalqımıza Qələbə sevinci yaşatdığına görə ölkə başçısına təşəkkürünü bildirdi.
Rejissor, Xalq artisti Cənnət Səlimova təltif olunduğu “Şərəf” ordeninə və teatra olan sevgisinə görə dövlət başçısına minnətdarlığını ifadə edərək “Yaşasın teatr!” dedi.
“Şərəf” ordenli Xalq artisti, bəstəkar Tofiq Bakıxanov 90 illiyi münasibətilə ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi.
Xalq artisti, müğənni Niyaməddin Musayev bütün yaradıcılığı boyu ulu öndər Heydər Əliyevin diqqət və qayğısını gördüyünü qeyd etdi. 60 illiyində “Şöhrət” ordeninə, 80 illiyində 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülməsinin onun üçün böyük fəxr olduğunu bildirdi: “Ulu öndər onu musiqi sahəsində novatorluğuma görə mükafatlandırmışdısa, bu gün onun davamçısı Prezident İlham Əliyev estrada musiqinin inkişafındakı xidmətlərimə görə məni belə bir yüksək mükafata layiq görüb”.
“Şöhrət” ordeninə layiq görülən tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu isə təltifə görə dövlət başçısına təşəkkürünü ulu öndərə həsr etdiyi şeirlə dilə gətirdi.
Mükafatlandırmanın sonunda nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.
Təltif olunanların siyahısını təqdim edirik:
 
“İstiqlal” ordeni
Həsənzadə Nəriman Əliməmməd oğlu
 
“Şərəf” ordeni
Yagizarov Hacı Murad Hacı Əhməd oğlu
Səlimova Cənnət Əlibəy qızı
İbrahimov Mənsum İsrafil oğlu
Bakıxanov Tofiq Əhməd Ağa oğlu
 
“Şöhrət” ordeni
Məsimov Baba Vəzir oğlu
Qocayev Xeyrəddin Sayəddin oğlu
Nəcəfov Fazil İmamverdi oğlu
 
1-ci dərəcəli “Əmək” ordeni
Əkbərov Canəli Xanəli oğlu
 
2-ci dərəcəli “Əmək” ordeni
Musayev Niyaməddin Cabbar oğlu
Əsgərov Akif İzzətulla oğlu
 
“Xalq artisti” fəxri adı
Mustafazadə Əzizə Vaqif qızı
 
“Tərəqqi” medalı
Hüseynov Fizuli İsmət oğlu
 
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
Mustafayev Albert Zaman oğlu.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin