17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 25.05.2021 669

Aprel ayında respublikada elektrik enerjisi istehsalı artıb



Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln. kVt·st artaraq 2022,9 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 47,5 mln. kVt·st, idxalı isə 15,0 mln. kVt·st təşkil edib.

2021-ci ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 mln. kVt·st azalaraq 8388,7 mln. kVt·st, SES-lərdə 98,6 mln. kVt·st artaraq 440,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt·st azalaraq 118,7 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 31,12 mln. kVt·st, günəş elektrik stansiyalarında 14,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8050,5 mln. kVt·st (İES-lərdə 7655,7 mln. kVt·st, SES-lərdə 394,8 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 40,2 mln. kVt·st, GES-də 13,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 758,9 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 mln. kVt·st olub. İrandan 10,8 mln. kVt·st, Rusiyadan 32,0 mln. kVt·st, Gürcüstandan isə 4,4 mln. kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 mln. kVt·st artıb. İrana 10,8 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 31,2 mln. kVt·st, Gürcüstana isə 499,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin