17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.05.2021 482

Bəşəriyyətin beşiyi...


Qafqazın cənub-şərq hissəsində yerləşən, şimaldan Dərələyəz, şərqdən Zəngəzur sıra dağları uzanan bir ərazi düşünün... Görmədən təsəvvürü belə möhtəşəmdir gözəl Naxçıvanımızın. Oğuz yurdu olan Naxçıvan qədim tarixi, zəngin mədəniyyəti, ecazkar təbiəti ilə hər zaman diqqətləri çəkib. Neçə qəhrəman oğullar yetişdirib. Mübarizlik, əyilməzlik simvoluna çevrilən Əlincəqala əcdadlarımızın qəhrəmanlıq tarixindən və yadelli işğalçılara qarşı apardığı mübarizədən soraq verir. Yurd sevgisi kimi ali dəyərləri yaşadan Naxçıvan hər zaman gələcək nəsillərə Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissi aşılayır. Dayanıqlı inkişaf göstəricilərinə görə son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. İnfrastruktur layihələri şaxələnir və Naxçıvan sürətlə inkişaf edir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib.Nəzər yetirək vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir. Naxşıvan günü-gündən gözəlləşir və bəşəriyyətin beşiyinə çevrilir. Naxçıvanda həyata keçirilən layihələrdən biridə “ASAN” xidmət mərkəzinin yaradılmasıdır. Hər zaman vətəndaş məmnunluğunu öndə tutan Prezident Cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının da əhalisinin rifahının daha da yaxşı olması üçün yüksək səviyyəli işlər həyata keçirir və bunun nəticəsidir ki, bu gün Naxçıvan turizmi olduqca inkişaf edir və bir sıra dövlətlərin diqqət mərkəzinə çevrilib. Hətta xarici rəssamlar buranın gözəlliklərindən şah əsərlər yaradırlar.

Bir ölkənin gücü onun ordusu ilə ölçülür deyirlər. Ölkə başçımız hər zaman ordumuza xüsusi diqqət və qayğı göstərmişdir. Və budur Vətən müharibəsi ordumuzun gücünün bariz nümunəsidir. Bununla yanaşı Naxçıvanın hərbi potensialı inkişaf etdirilir. Naxçıvanda hərbi xidmətdə olanların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Eyni zamanda Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Bu ordu Naxçıvan Muxtar Respublikasının respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımı dərəcədə müdafiə olunacaqdır. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri böyük fədakarlıq göstərərək fəal iştirak ediblər. Bu müharibədə Naxçıvan ən ali zirvəyə yüksəldi. Şəhidlik zirvəsi. Neçə qəhrəman oğullar qurban verdi. Şəhidlik itki deyil qazancdır və Naxşıvan insan ömrünə mütləq hakim olan ölmün ən ləyaqətlisini, ən şərəflisini qazandı. 

Naxşıvana Azərbaycandan birbaşa gediş ancaq təyyarə ilə mümkündür. Digər alternativ vasitələrlə getmək istəyirsinizsə İran və Türkiyə ərazisindən keçməlisiniz. Hətta bir saatlıq təyyarə ilə getdikdə belə Ermənistanın yox İran hava səhəsi üzərindən uçulur. Milli birlik nümayiş etdirmək, muxtar respublika ilə digər regionlar arasında əlaqəni sıx tutmaq məqsədi ilə Azərbaycan əhalisi üçün təyyarə biletləri güzəştlərlə satılır. Şükürlər olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi, qətiyyətli addımlarının sayəsində artıq az müddətdən sonra bunlara ehtiyac qalmayacaq.  Azərbaycan həm döyüş meydanında, həm masa arxasında düşmənə qalib gəldi. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapması ilə Zəngəzur dəhlizinin açılışı məsələsi artıq strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir ki, bu dəhliz mütləq açılacaqdır. Və bizlər Naxçıvanımızı görmək üçün uzun-uzadı yollara ehtiyac duymayacağıq. Əbəs yerə yazmadım bu cümlələri. Prezident İlham Əliyevin 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə belə bir fikir söylədi “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq“. Biz bütün xalq olaraq buna inanırıq. Və yeni tarixi nailiyyətimizə çox az cəmi 40 kilometrlik məsafə qaldı...


Ermənilərin Naxçıvanı blokadaya alan vaxtlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar erməni işğalının qarşısını aldılar. Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biri idi. Həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Bu günkü zəfərin təməlini, Ulu Öndər Heydər Əliyev qoymuşdur. Artıq ruhu şaddır. Çünki, Vətən bağı al-əlvandı, var içində Xarıbülbül... Azərbaycan ürəyinə-Qarabağına qovuşdu. Bundan sonra Qarabağın dərdindən ağlamayacağıq. Vətən həsrəti ilə illəri qovan, kədəri közə dönmüş gözlər indi sevinir. Bu bizim xoşbəxt sonsuzluğumuzdur. Artıq biz evimizə qayıtmışıq.


Bayramova Ayşə

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4 kurs tələbəsi 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin