22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 19.05.2021 961

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Carlsberg Azerbaijan arasında Anlaşma Memorandumu imzalanıb


18 may 2021-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ölkənin ən böyük pivə istehsalı şirkəti olan Carlsberg Azerbaijan arasında Anlaşma Memorandumu imzalanıb

İmzalanma İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar  İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti nümayəndələri, eləcə də Carsberg Group-un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, Carlsberg Azerbaijan-ın Baş direktoru Vyaçeslav Maltsev və Carlsberg Group-un regional nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib

Sənədə uyğun olaraq, Carlsberg Azerbaijan şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır.

Həmçinin tərəflər “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ixrac layihələrində əməkdaşlıq barədə razılaşmaya gəliblər. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov: “Carlsberg Azerbaijan şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir. Bu gün imzalanan sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik. Anlaşma Memorandumu bir sıra məqsədləri hədəfləyir. Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını da artıracaq, məşğulluğa töhfə verəcəkdir. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir.


Carsberg Group-un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann: “İqtisadiyyat Nazirliyi ilə Carlsberg Azerbaijan arasında imzalanmış memorandum Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsidir. Dövlətin dialoqa açıq olması, bizneslə əməkdaşlıq səviyyəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə biznesimizin inkişafı üçün əsas yaradır. Azərbaycanda dövlətlə biznes arasında dialoqa belə yanaşma Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir və bu yanaşma yaxın gələcəkdə öz bəhrəsini mütləq göstərəcək”.


Carlsberg Azerbaijan Baş direktoru Vyaçeslav Maltsev: “Mən dörd ilə yaxındır ki, Azərbaycanda yaşayır və işləyirəm. İstər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmət sahəsində və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görürəm. Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işin nəticəsidir. Biz çox şadıq ki, hakimiyyətdə əsas tənzimləyici orqan və maraqlı tərəf bizim əsas tərəfdaşımız və dəstəkçimizdir. Bu gələcəkdə Azərbaycanda biznesimizin daha da genişləndirilməsinə inamı daha da artırır”.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin