10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 18.05.2021 403

Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir


        Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda innovativ həllərin tətbiqi uğurla davam edir. Hazırda respublikanın müxtəlif bölgələrində qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 15 laboratoriya vahid korporativ şəbəkədə birləşdirilib. Laboratoriyaların idarə edilməsində və işlərin icrasında operativliyin təmin edilməsi üçün Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) daxili alt sistemi olan “Laboratoriya İdarəetmə Sistemi” 15 laboratoriyada tətbiq edilib. Sistemin əsas funksionallığı sınaq üçün tətbiq edilən nümunələrin izlənməsindən, təhlükəsizliyinin təmin edilməsindən və ödənişlərin onlayn qaydada həyata keçirilməsindən ibarətdir. Bütün bu proseslər sistem ilə icra edilir, yekun protokol sahibkarlara operativ təqdim edilir. Protokollarda məlumat təhlükəsizliyinin və tamlığının qorunması üçün QR kod ilə yoxlama və təsdiqləmə funksiyaları da mövcuddur. Bununla yanaşı, sahibkarlar və fərdi müştərilər E-AQTA mobil tətbiqindən istifadə edərək sınaq nəticələri barədə məlumatları operativ şəkildə əldə edə və ödənişlərini vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sistemin tətbiqi idxal-ixrac prosesinin operativliyinə təkan verməklər yanaşı, sahibkarlara vaxt itkisi olmadan öz müraciətlərinin icra vəziyyətini izləməsinə imkan verir. 

        Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xidmət keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin tətbiqi və laboratoriyalarda müasir texnologiyaların tətbiq edilməsi istiqamətində işlər uğurla davam etdirilir.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin