Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir.



28 il yarım işğal altında qalanAzərbaycanın mədəniyyət paytaxtı ŞuşaAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında Azərbaycan ordusunun parlaq zəfəri ilə 2020-ci il noyabrın 8-də işğaldan azad edilmişdir.İndi biz fəxrlə və böyük qürur hissi ilə deyə bilirik ki Şuşa azaddır!Şuşa nəinki Azərbaycanın,bütün Qafqazın incisidir.Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması rəsmiləşmişdir.Bu sərəncam vasitəsilə bütün dünyaya Şuşanın statusu,xalqımızın çoxəsrlik zəngin mədəniyyəti,memarlıq və şəhərsalma mədəniyyəti tanıdılacaq.2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi yaddaşlarda qalacaqdır.Bu gün zəfər günüdür!Bu gün Qələbə günüdür!Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri buranı işğal etmiş,xalqımızın tarixi-mədəni irsini məhv etmiş və vandalizm siyasətini həyata keçirmişdir.29 il ərzində Şuşada olan 170-dən çox yaşayış binası,160-dək mədəniyyət və tarixi abidə,7 məktəbəqədər uşaq müəssisəsi,22 ümumtəhsil məktəbi,mədəni-maarif və kənd təsərrüfatı texnikumları,musiqi məktəbləri,8 mədəniyyət evi,14 klub,3 muzey,2 kinoteatr,turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.Ulu Öndərin ən böyük hədəflərindən biridə, Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması idi.Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin diqqətində olmuş və buna görə də 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir.
Bu qərar Şuşada mədəniyyət abidələrinin qorunması və görkəmli incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi yolunda böyük addım olmuşdur.Şuşa həmçinin Azərbaycanın incisi və Qarabağın mirvarisi kimi də tanınır.Azərbaycanın dilbər guşəsi olan,Şuşa haqqında bir çox görkəmli sənətkarlar da yazmışdır.Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən biri olan,milli memarlıq üslubu ilə seçilən,ədəbiyyatımıza,incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən,Azərbaycan tarixinə Qasım bəy Zakir,Xurşidbanu Natəvan,Mir Möhsün Nəvvab,Nəcəf bəy Vəzirov,Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.
Prezident İlham Əliyev, Birinci vitse prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfər etmişdir. Səfər zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqı təbrik etmişdir:  Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!  Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Prezident İlham Əliyev müsahibə zamanıda qeyd etmişdir: Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin.
Şuşada bir çox tarixi abidələrində bərpasına başlanılmışdır:Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir; Şuşa şəhərinin rəsm qalereyası  bərpa edilərək  yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək; Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra   müasir səviyyəyə çatdırılacaq; Şuşa Xalça Muzeyi bərpa edilir; Keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel   kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcəkdir.
Şuşanın gözəlliklərindən biridə “Xarıbülbül”dür. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunmuşdur. 32 ildən sonra Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı.
Bir sözlə Şuşanın bərpası Azərbaycan ruhunun qayıdışıdır.Şuşa nəinki,Azərbaycanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.İndi Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra da əbədi dalğalanacaq!Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!
Yəhya Abbasov,
Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim


Showxeber Bizi instagramda izləyin



Sosial 16.05.2021 205
Bütün Xəbərlər