22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 16.05.2021 588

Çəltik sahəsinin sığortalanması qaydası açıqlanıb 




Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir. Bunun böyük hissəsi – təqribən 1 800 hektarı Aran regionu,  1200 hektarı Lənkəran regionunun payına düşür. Ölkənin əsas çəltik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.

1 kiloqram düyünün orta satış qiyməti orta hesabla 2,2 manatdır. Bu hesabla hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 6800 manat təşkil edir. Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.

Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78%, Aran regionunda 0,93% təşkil edir. Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar pambıq sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:  

Aran regionu - təqribən 63 manat.

Bundan:

Fermerin ödədiyi məbləğ – 31,5 manat

Dövlətin ödədiyi məbləğ – 31,5 manat

Lənkəran regionu - təqribən 53 manat.

Bundan:

Fermerin ödədiyi məbləğ – 26,5 manat

Dövlətin ödədiyi məbləğ – 26,5 manat

Qeyd: Hesablama - ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Daha ətraflı: https://asf.gov.az/bitkichilik



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin