10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Maqazin 14.05.2021 195

Repçi PRoMete və bəstəkar Muxtar Abseynov bir araya gələrək “Dastana döndü” layihəsini təqdim ediblər.

Operativ24.az xəbər verir ki, mahnının musiqisi və aranjimanı Muxtar Abseynova məxsusdur. Çəkilişləri Qəbələdə baş tutan klipin rejissorluğu Qəmər Xanıma həvalə olunub. Ekran işində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara ziyarət etdiyi kadrlar da yer alıb.  PRoMete 1 günün ərzində çəkilən klip haqqında bu sözləri deyib:

“Mahnının ana xətti özünü 3 gülün təsvirində göstərir və rəssam ifanı dinləyərək, ifaçıların daxili aləmini kətana köçürür”.

Qeyd edək ki, mayın 8-i Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa ilə bağlı paylaşımında sözügedən klipi öz şəxsi İnstaqram hesabında paylaşıb:

"Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəkliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".






Starxeber Bizi instagramda izləyin