22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 13.05.2021 903


 "Xarıbülbülü”ü Xarı bülbül də alqışladı - Səbinə Xasayeva 


 Azərbaycan əsgəri Şuşanı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” – kəlamları Yerin də, Göyün də şükranlığı oldu. Şuşanın işğaldan azad edilməsi ilə Vətən müharibəsi başa çatdı – torpaqlarımız işğaldan azad olundu. Ölkə başçısının sərəncamı ilə 8 Noyabr Zəfər günü kimi tarixləşdi.

Zəfər Günü ruhumuzun qələbəsi idi və bu qələbə dünyanı heyrətləndirdi. Azərbaycana sayğısı olan dövlətlər sevindi, gözügötürməzlər, bəşəriliyə düşmənçilik edən dövlətlər paxıllaşdı. 

Xalqımız bir neçə gün əvvəl Cıdır düzündə əsgərlərimizin sədaqətə söykənən möhtəşəm “Yallı”sını sevgilərlə izləmişdi. Bu ovqatı Şuşada keçirilən “Xarıbülbül” festivalı möhtəşəmliklə tamamladı. Azərbaycan ordusu düşmənə döyüşdə qalib gəlmişdi, bu festival Azərbaycan mədəniyyətinin qələbəsinin təntənəsidir. Belə bir festival Şuşada 1989-cu ilin 21 mayında keçirilmişdi. 32 il əvvəl! 32 il Cıdır düzü belə bir möhtəşəmliyin xiffətini çəkmişdi. Bu xiffəti bütün Azərbaycanı sevənlər çəkmişdi. Torpaqlarımız da işğaldan azad edildi, musiqimizin auditoriyası da.

Festival açıq elan ediləndə iştirakçılar da, festivalı televiziyadan izləyənlər də Müzəffər Sərkərdəsinə görə də, qüdrətli Ordusuna görə də qürurlanmışdı.

Bu festival, belə bir çal-çağıra, bu səviyyədə coşquya tamarzı qalmış Şuşanın, Cıdır düzünün, İsa bulağının unutduğu qəhərin son nəfəsi oldu.


 

Səbinə Xasayeva

Milli Məclisin deputatı



 



 



 






Starxeber Bizi instagramda izləyin