22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 10.05.2021 379

“Böyük Qayıdış” buradan başlayır - Səbinə Xasayeva




Vətən müharibəsində qazanılan qələbədən sonra yaşanan prosesləri daha çox 1-ci Qarabağ savaşları zamanı ictimai-siyai həyatda olan siyasilər, ictimai xadimlərlə müzakirə edirik. Bu dəfə isə proseslərə ictimai-siyasi fəallığı ilə seçilən gənclərin nəzərindən baxacağıq. «Həftə içi»nin budəfəki müsahibi Milli Məclisin ən gənc deputatı Səbinə Xasayevadır:
-  Səbinə xanım, "Ağıllı" layihələrin işlənərək sosial-iqtisadi üstünlüklər qazanması yönündə hansı nöqsanların aradan qaldırılmasını, hansı üstünlüklərə yer ayrılmasını daha məqbul hesab edirsiniz?
– Yeniləşən Azərbaycanda regionların inkişafı, "Ağıllı" layihələrin işlənərək sosial-iqtisadi üstünlüklər qazanması yönündə  ciddi işlərə start verilib. Burada əsas məqsəd ölkəmizin digər regionları ilə yanaşı, işğaldan azad edilmiş regionlarda da quruculuq işlərinin müasir texnologiyalardan istifadə edilməklə insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onların rahat yaşaması və fəaliyyət göstərməsi üçün lazım olan bütün əlverişli şəraiti yaratmaqdır. Həyata keçirilən və görülən işlər nəticəsində ölkəmizin iqtisadiyyatının inkişafı yüksələcək, müdafiə qüdrətimizin daha da artırılması, düşmən təxribatlarına anında layiqli cavab verilməsi və dəmir yumruqla mənfur və hiyləgər düşmənin başının birdəfəlik əzilməsi  üçün dövlət büdcəsində kifayət qədər ehtiyat vəsait olacaq, insanlarımızın sosial rifah halı xeyli yaxşılaşacaqdır. Nəticədə, regionlarımızda mövcud problemlərin aradan qaldırılması demək olar ki, həll ediləcəkdir.
-     Necə hesab edirsiniz, Mövcud reallıqlar fonunda regionlarda aparılan işlər nə dərəcədə qaneedicidir?
-  Biz bunu regionlarda həyata keçirilən  işlərin nəticələrində görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində rayonlarda böyük işlər görülmüşdür. İnfrastruktur layihələrinə gəldikdə qazlaşdırmanın səviyyəsi xeyli yüksəlib. Rayonların mərkəzləri, böyük qəsəbə və kəndlər, bir çox dağ kəndləri tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb, regionlar içməli su ilə təmin olunub. Kənd yollarının çəkilişində görülən işlər getdikcə genişlənir. Eyni zamanda, regionlarda  bir çox sosial layihələr icra edilir. Xəstəxana, mədəniyyət obyektləri,  məktəblər, uşaq bağçaları və körpələr evləri, musiqi məktəbləri, idman bazaları tikilib və əsaslı şəkildə təmir edilib.  Bütün bunlar insanlar üçün gözəl həyat şərait yaradır. Nəticədə,  İnsanların yaşayış səviyyəsi yaxşılaşıb və eyni zamanda yerlərdə  biznes üçün şərait yaxşılaşıb.
Regionlarda aqroparkların yaradılması Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Regionlarda əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat çox böyük vəsaitdir. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.
Daxili istehsal və qeyri-neft sektoru stimullaşdırılır. Regionlarda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, regionlarda görülən işlər öz praktiki nəticələrini verməkdədir.
  -  Ölkəmizdə, xüsusilə də 2019-cu ilin əvvəlindən başlayaraq bir sıra islahatlar həyata keçirilir. Bu proses regional idarəetmə sisteminə, bütövlükdə dövlət idarəçiliyinə hansı töhfələrini vəd edir?
-  Məhz  2019-cu ilin əvvəlindən  bir sıra islahatlar həyata keçirilməsi  prosesi regional idarəetmə sisteminin və bütövlükdə dövlət idarəçiliyinin  təkmilləşdirilməsinə xidmət edir. Bu islahatlar bütün strukturları əhatə edir və bu gün də uğurla davam etdirilir. Nəticədə, korrupsiyaya qarşı mübarizə daha da gücləndirilmiş, istedadlı gənc kadrlar idarəetmə işlərinə daha çox cəlb edilir, yerlərdə süründürməçilik halları, demək olar ki, azaldılmış və daha çevik idarəetmə sistemi yaradılmışdır.
- Qarabağda korrupsiyaya bulaşmamış idarəetmə vasitələrinin yaradılmasından danışılır. Burda hədəf nədir və regiona hansı yeni idarəçilik sisteminin gətirilməsi nəzərdə tutulur?
- İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili azad edilmış ərazilərdə ilkin quruculuq işlərinin, xüsusilə minalardan təmizlənməsinin sürətləndirilməsini nəzərdə tutur. İşğaldan azad edilmiş regionlarda komendantların təyin edilməsi ərazilərə mülki şəxslərin özbaşına səfərlərinin qarşısının alnması ilə yanaşı  insanların təhlükəsizliyinin qorunmasına xidmət edir. Burada idarəetmə strukturlarının fəaliyyətinin bərpa edilməsi həm də ərazilərdə gedəcək quruculuq işlərinin sürətləndirilməsinə kömək edəcəkdir.
- Regionlarda mövcud icra strukturlarının prezidentin elan etdiyi islahatlar paketinə uyğun gəlməsi üçün hansı dəyişikliklər aparılır?
- İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin  19 yanvar 2021-ci il tarixli Fərmanı ilə  işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər.
Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Prezidenti təmsil edən vəzifəli şəxsdir və onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Bu dəyişikliklər azad edilmiş rayonlarda heç şübhəsiz işlərin sürətləndirilməsinə və şəffaflığın yüksəldilməsinə xidmət edəcəkdir.
- Səbinə xanım, regionların belə bir çətin mərhələdə bərpasına cəlb olunan ayrı-ayrı şirkət və qurumların fəaliyyətindəki şəffaflığın qorunmasına nəzarət mexanizmi nə dərəcədə qaneedicidir?
- Mən deyərdim ki, cənab Prezidentin müvafiq sərəncamı ilə  “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması  sizin verdiyiniz suala tam cavab hesab etmək olar. “Azərbaycan İnvestisiya Holdinqi”nin  əsasnaməsinə nəzər salsaq görərik ki, bu  Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Deməli, buradan tam aydın olur ki, regionların belə bir çətin mərhələdə bərpasına cəlb olunan ayrı-ayrı şirkət və qurumların fəaliyyətindəki şəffaflığın qorunmasına nəzarət mexanizmi artıq xeyli öncədən hazırlanıb.
- Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrasına başlanıb. Regionlarda bərpa işlərinin tempinə diqqət yetirsək, rayon camaatı hansı müddətdə öz yerlərinə qayıda biləcək, maneələr, nöqsanlar nə ilə bağlıdır?
- Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin erməni işğalından azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri Qarabağ münaqişəsinin tarixə çevrilməsinin və torpaqlarımızın öz sahibinə qayıtdığının göstəricisidir. Otuz ilə yaxın müddətdə erməni vandalizminə, vəhşiliklərinə məruz qalmış şəhər və kəndlərimizin Prezident İlham Əliyevin təşəbbüsü və çağırışı sayəsində yenidən dirçəldilməsi və abadlaşdırılması ümumxalq hərəkatına çevrilib. Burada başlıca məqsəd bütün azad edilmiş torpaqlarımızı, yaşayış yerlərini, şəhər və kəndlərimizi, tarixi yerləri və abidələri bərpa etməkdir.
Bunu  artıq işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrası üçün hazırlıq mərhələsinə başlanılmasında görürük. “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. “Ağıllı kənd” pilot layihəsi çox müasir yanaşma konsepsiyası əsasında hazırlanıb. Bu yanaşma dövlətimizin başçısı İlham Əliyevin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında” Sərəncamında ətraflı şəkildə əksini tapıb. Sərəncama uyğun olaraq bu proses sürətlə və uğurla həyata keçirilir. Həyata keçiriləcək kompleks tədbirlərin, o cümlədən “Ağıllı kənd” pilot layihəsinin ümumi məqsədi, ilk növbədə, orada yaşayacaq insanların məmnunluğunu artırmaq, onların həyat tərzinin düzgün və müasir tələblər səviyyəsində qurmaq, lazımi infrastrukturla təmin etməkdir. Eyni zamanda, ölkəmizi daha da gücləndirmək, dayanıqlı inkişafın təmin edilməsi üçün bütün bölgələrimizin, müxtəlif qurumların, istehsal obyektlərinin potensialından düzgün və səmərəli istifadə etməkdir. Birinci “Ağıllı kənd” pilot layihəsini əhatə edən kəndlərdə yeni tikililər, o cümlədən müasir tələblərə cavab verən məktəb, bağça, xəstəxana, kitabxana və elektron idarəetmə mərkəzləri, məişət-kommunal xidmətləri və digər infrastruktur inşa olunacaq. Bu kəndlərdə yaşayış evlərinin, sosial obyektlərin, inzibati idarəetmə və ictimai iaşə binalarının, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbəyi ilə təmin edilməsi bu pilot layihədə başlıca yer tutur.
Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa olunacaq. Aprelin 26-da bu istiqamətdə ilk addım atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunda səfərdə olarkən rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində iştirak etdilər. Prezidentin uğurlu siyasətinin nəticəsi olaraq layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyev birinci layihədə Türkiyə şirkətinin iştirakından şad olduğunu bildirdi. Bu da ondan irəli gəlir ki, qardaş Türkiyə hər zaman, 44 günlük Vətən müharibəsi günlərində də daim mənəvi olaraq Azərbaycanın yanında olub və bizi dəstəkləyib. Təbii ki, müharibədən sonra da qardaş ölkə bizim yanımızdadır və bütün bərpa işlərində də fəal iştirak edəcək.
 “Ağıllı kənd” pilot layihəsində inşasına başlanılan Ağalı kəndi işğaldan azad edilmiş torpaqlarımızda inşa ediləcək birinci kənddir. Bu isə çox böyük önəm daşıyır, çünki Qarabağa - işğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” buradan başlayır. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə, o cümlədən Cəbrayıl və Zəngilan rayonlarına səfərləri və həmin torpaqlarda aparılan bərpa, quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, “Böyük Qayıdış”ın çox qısa müddət ərzində reallaşacağına işarədir. Çünki işğaldan azad edilmiş şəhər və kəndlərimizin, tarixi yerlərimizin bərpası ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında, ən təcrübəli, peşəkar mütəxəssislərin iştirakı ilə aparılır.
“Ağıllı kənd” layihəsi çərçivəsində ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarında istifadə edilməklə 200 fərdi evin tikilməsi nəzərdə tutulur. Həmçinin layihəyə uyğun olaraq evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu quruculuq işlərində ən böyük təcrübəsi olan “Huayvei-Azərbaycan” şirkətinin “Ağıllı kənd” rəqəmsal texnologiyalarından istifadə olunmaqla, layihənin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirilməsi nəzərdə tutulur. Deməli, bu, müharibədən sonrakı dövrdə də Azərbaycanın gücünü, qüdrətini əks etdirən sarsılmaz birliyin daha da möhkəmlənməsi, həm də işğaldan azad edilmiş, erməni vandalizminə məruz qalmış torpaqlarımızda bərpa işlərinin həyata keçiriləcəyinə böyük təminatdır. Burada əsas nəzərdə tutulan məqsədlərdən biri də işğaldan azad edilən torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri ilə paralel olaraq iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar.
Zənnimcə, təmas xəttində olan problemlərə görə orada tikinti-abadlıq işlərıinin başlanılması ləngiyir. Bildiyimiz kimi, artıq möhtərəm prezindentimiz Ağdam, Fizüli və Cəbrayıl rayonlarının təmas xəttinə yaxın kəndlərin tikintisinə başlanılması üçün də əlaqədar təşkilatlara lazımi tövsiyələr və göstərişlər vermişdir. Minalardan təmizləmə işləri başa çatan kimi həmin rayonların qeyd edilən kəndlərində də tikinti işlərinə müasir tələblər və standartlar səviyyəsində başlanılacaqdır.
- Regionlarda əsasən hansı problemlər var, hansı ki, tez bir zamanda aradan qaldırılmalıdır?
-   Regionlarda əsas problem şəhərdə olduğu kimi orada bütün infrastrukturun müasir səviyyədə olmaması, bəzi  sahələr üzrə ixtisaslı kadrların  azlıq təşkil etməsi, kəndlərdə gənc ailələrin tədricən azalması, bəzi regionların ucqar kəndlərində bu günə kimi qazlaşdırılmanın aparılmasının  başa çatdırılmaması, o cümlədən, kəndlərin böyük əksəriyyətində kanalizasiya sisteminin qurulmaması, qəsəbə və kəndlərdə məhəllədaxili yolların tam abadlaşdırılmaması, gənclərin ixtisaslarına uyğun iş tapa bilməməsi və s. problemlər mövcuddur. Artıq müstəqilliyimizin qazanılmasından otuz ilə yaxın  vaxt keçir. Təxminən elə otuz ilə yaxın dövrdə isə məlum səbəbdən torpaqlarımızın qaniçən və murdar ermənilər tərəfindən işğal edilməsi və müstəqilliyimizin ilk illərində toplanmış və yığılıb qalmış sosial-iqtisadi problemlərin aradan qaldırılmasında mövcud olmuş digər neqativ səbəblər yuxarıda qeyd edilən problemlərin vaxtında və tam  həll edilməsinə mane olmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş və tamamilə yerlə-yeksan edilmiş  əzəli dədə-baba torpaqlarımızdan qovub çıxarmağımız,  iqtisadiyyatımızın ildən-ilə inkişaf etməsi, insanlarımızın sosial təminatı məsələlərinin yaxşılaşdırılması yaxın gələcəkdə və tez bir zamanda  bu problemlərin də tam aradan qaldırılmasına imkan verəcəkdir.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin