22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 30.04.2021 560

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib


Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin ötən dövr fəaliyyətində rəhbər tutulub. 

Komitə sədri qeyd edib ki, bu gün birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2 qanun layihəsi də dövlət başçımızın müəyyənləşdirdiyi hədəflərə uyğun hazırlanıb.

Qanun layihələri Konstitusiya Məhkəməsi Plenumundan Milli Məclisə daxil olan tövsiyələr əsasında Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən yaradılmış işçi qrupun fəaliyyəti nəticəsində ərsəyə gətirilib. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının  qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar – Mahir Abbaszadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Nurlan Həsənov, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov və parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər. Çıxış edənlər təqdim olunan qanun layihələrinin hüquqi boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd ediblər.

Tədbirdə qanun layihələri ətraflı müzakirə olunub, nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət bildirilib və deputatlar hər iki qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin Vergi və gömrük siyasəti sektorunun müdiri Şaban Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin