10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 30.04.2021 328

Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb



Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.  

Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. Bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir: “Enerji sahəsində tərəfdaşlıq əlaqələrimizin hazırda genişlənmək potensialı var. Azərbaycanın elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını, təxminən, 1500 MVt artıraraq 30%-ə çatdırmaq hədəfi, xarici investorların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu gün imzaladığımız bu sənəddə bərpa olunan enerji üzrə əməkdaşlıq istiqamətinin yer alması da enerji sahəsində işbirliyinin şaxələndirilməsini ehtiva edir. Fürsətdən istifadə edərək, İndoneziyanın dövlət və özəl sektorunun maraqlı tərəflərini, potensial investorları “yaşıl enerji” sahəsində  əməkdaşlığa dəvət edirəm”.

İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Arifin Tasrif isə bidirib ki, bu sənədin imzalanması ilə İndoneziya və Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı yeni mərhələyə daxil olur: “Qlobal miqyasda iqtisadi tənəzzüllə müşayiət olunan pandemiya innovativ, qeyri-standart planlar və strategiyalarla çətinliklərin öhdəsindən gəlməyi təşviq edir. Həmçinin belə bir mürəkkəb vəziyyətdə enerji sahəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi də vacib amilə çevrilir. İnanıram ki, İndoneziya ilə Azərbaycan arasında enerji əməkdaşlığı daha yüksək səviyyədə inkişaf edərək, hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəkdir”.

Memoranduma əsasən, Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin  elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin, təlim və inkişaf proqramlarının həyata keçirilməsini, enerji sahəsinə investisiyaların təşviqini, birgə seminar, konfrans və enerji forumlarının keçirilməsi istiqamətlərini əhatə edir. Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur. 






Operativ24.az 






Starxeber Bizi instagramda izləyin