16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |    
Sosial 29.04.2021 304

Kubra Əliyarlı: “Ermənistan təxribatlarına son qoymalı, revanşizmdən əl çəkməlidir”


Bildiyimiz kimi, aprelin 26-da Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyası keçirilib. Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Sessiyadakı çıxışı zamanı dövlətimizin başçısı dünyada kifayət qədər aktual olan və həlli təxirəsalınmaz tədbirlər tələb edən bir sıra əhəmiyyətli məsələlərə toxunub. Bu sahələrdə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirdiyi islahatlar barədə və dünyada sülhün, inkişafın əldə edilməsi istiqamətində ətraflı məlumat təqdim edib.

Prezident İlham Əliyevin sessiyadakı çıxışı zamanı toxunduğu çox vacib mövzulardan biri də ölkəmizin əks-hücum əməliyyatı ilə işğal altındakı torpaqlarımızı azad etməsi üçün başlayan Vətən müharibəsi idi. Belə ki, ötən ilin sentyabrın 27-də Ermənistan tərəfi ordumuzu və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təxribatlara və irimiqyaslı hərbi təcavüzə əl atmişdır. Azərbaycan öz təhlükəsizliyini və vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlayaraq torpaqlarını işğaldan azad etmiş, bununla da ədaləti təmin edərək BMT Təhlükəsizlik Şurasının bu günədək icra olunmayan qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmişdir. Bu hadisə Ermənistanın Azərbaycana qarşı törətdiyi ilk belə cəhd deyildi. Bu vaxta qədər də Ermənistan tərəfi dəfələrlə Azərbaycanın dövlət sərhədlərində müxtəlif təxribatlara əl atmış, diversiya qrupları göndərmişdir. Sözsüz ki, Azərbacan dövləti və ordumuz bu təxribatların cavabını verərək erməniləri yerində oturtmuşdur. Lakin sentyabrın 27-də baş verən təxribat və hücum sonuncu və ən dəhşətli cəhdlərdən biri olmuşdur. Belə olan halda Azərbaycanın özünü müdafiə etmək, təxribatlara əl layiqli və sərt şəkildə cavab vermək hüququ yaranmışdır.

Qeyd edək ki, Azərbaycan 30 ilə yaxın idi ki, torpaqlarının işğal altında saxlanmasına baxmayaraq daim sülh danışıqlarına getmiş, irəli sürülən təkliflərlə bağlı dialoqlarda yaxından iştirak edərək münaqişənin danışıqlar yolu həll edilməsinin tərəfdarı olmuşdur. Ermənistan isə sözdə danışıqlar prosesinə qoşulsa da qeyri-konstruktuv mövqeyi ilə danışıqlar prosesini pozmuş və münaqişənin nizamlanmasına əngəllər yaratmışdır. Azərbaycanın bu separatizm, işğalçılıq və soyqırımı siyasəti ilə üz-üzə qaldığı vaxtlarda bəzi dövlətlər münaqişənin həllinə heç bir səy göstərməmiş, bəziləri isə sözdə səy göstərsələr də real heç bir addım atmamışdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri işə salınmamış, bununla da tarixi ədalət kobudcasına pozulmuş, bir ölkənin digər ölkənin torpaqlarını işğal altında saxlamasına göz yumularaq beynəlxalq hüquq tapdalanmışdır.

Qürurla deyə bilərik ki, torpaqlarını işğaldan azad edərək Azərbaycan tarixi zəfərə imza atmışdır. Vətən müharibəsində qalib gələrək tarixi ədaləti öz gücünə bərpa etmişdir. Ermənistanın işğalçı və faşizm siyasətinə son qoyulmuşdur. İşğaldan azad olunmuş ərazilərdəki real mənzərə isə erməni faşizminin sərhəd tanımadığını bir daha sübut edir. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmiş, Ermənistan məqsədli şəkildə tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət edərək dövlətimizə qarşı təkcə maddi deyil, həm də xalqımıza qarşı mənəvi, psixoloji terror həyata keçirmişdir. Məscidlərimiz imansızcasına dağıdılmış, inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi dini məscidlərimizə qarşı olan bu vandalizm təkcə azərbaycanlılara qarşı deyil, bütün İslam aləminə qarşı təhqirdir. Bu halla heç bir müsəlman barışmamalıdır. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə bağlı dəfələrlə beynəlxalq qurumlara və ictimaiyyətə müraciət edərək onları yerindəcə tanış olmağa dəvət etmiş, baş verənlərlə bağlı dünya birliyinin münasibət bildirməsinin vacibliyini söyləmişdir. Çünki regiona və bütünlüklə dünyaya qarşı məkrli niyyətlərindən əl çəkməyən Ermənistanın bu gün Azərbaycan qarşı etdiklərinin sabah digər bir millətə və ya ölkəyə qarşı etməyəcəyi məlum deyil. Bu baxımdan bu haqsızlığa qarşı dünya birləşməli, azərbaycanlılara qarşı etniktəmizləmə siyasətinə, tarixi və mədəni köklərinin silinməsinə, dağıdılmasına qarşı birgə mübarizə aparılmalıdır. Çünki hər bir millətin tarixi, dini və mədəni irsi toxunulmazdır. Ermənistanın tarixə, mədəniyyətə münasibəti isə əsl terrorizmdir.

Bu gün Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Çünki Azərbaycan irimiqyaslı regional layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin etməklə yanaşı, regional layihələr də region ölkələrinin inkişafına və rifahına xidmət edir. Növbəti illər üçün müəyyən olunmuş milli prioritetlərə xüsusi olaraq işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, həmin ərazilərin yenidənqurulması, yeni infrastruktur layihələrinin icrası, “ağıllı kənd” və “ağıllı şəhər” layihləri daxildir. İnanırıq ki, dövlətimiz bütün azad olunmuş ərazilərimizi, oradakı tarixi, dini və mədəni abidələrimizi tam bərpa edəcək, məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar. Hazırda ölkəmiz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu dəhlizin açılması regionun iqtisadi imkanlarının daha da artmasına və inkişafına əsaslı şərait yaradacaq.



Kubra Əliyarlı,

YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,

YAP ərazi ilk partiya təşkilatının sədri,

Binəqədi Bələdiyyəsinin Komissiya sədri



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin