17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.04.2021 298

İntellektual müsabiqəyə start veriləcək


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Nizami dünyası” adlı intellektual müsabiqəyə start veriləcək.

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn qaydada keçiriləcək.

Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi  və  mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək,  şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

3 mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) 1-18 may 2021-ci il tarixlərində keçiriləcək. Məktəbdaxili mərhələdə hər məktəbdən ən yüksək nəticə əldə etmiş şagird seçilərək müsabiqənin II mərhələsinə təqdim olunacaq.

II mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 19-24 may 2021-ci il tarixlərində "Kiçik akademiya" üzrə mərkəz olaraq müəyyən edilən məktəblər tərəfindən təşkil olunacaq. 

Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 25-30 may 2021-ci il tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqənin əsas mövzuları Nizami Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, "Xəmsə", görkəmli şəxslərin N.Gəncəvi haqqında söylədiyi fikirlər və N.Gənvəvi yaradıcılığındakı məşhur obrazlardan ibarətdir.

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin