17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.04.2021 590

Gənclər təşkilatının nümayəndələri “Şəhid anası ilə bir gün” keçirib


Gənclər təşkilatının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupunun üzvləri şəhid Nicat Salahovun anası Aygün xanımla bir gün keçiriblər. Təşəbbüs çərçivəsində gənclər şəhid anasına mənəvi dəstək olmaq məqsədi ilə Aygün xanımın evinə baş çəkiblər. İlk olaraq şəhid anasına məişət işlərində köməklik göstərilmiş və şəhidimizin məzarı ziyarət edilmişdir. Həmçinin günün ikinci yarısında Hərbi Qənimətlər Parkı da şəhid anası və gənclər tərəfindən ziyarət edilmişdir. Bu parkda nümayiş etdirilən hərbi qənimətləri izləyən və onlar haqqında məlumatlar əldə edən Aygün xanım tez-tez övladını yad edərək onunla bağlı xatirələrini dilə gətirib. Eyni zamanda, Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş qazimiz Mehman Zamedinov da bu təşəbbüsə qoşulmuş, şəhid anası və İctimai Maarifləndirmə komandası ilə birlikdə iftar süfrəsində iştirak etmişdir. 


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbə öz torpağı uğrunda canını fəda etmiş Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarının nəticəsidir. Şəhidlərimizin bizə əmanətini və qazilərimizi diqqətdən kənarda saxlamayaraq, onlara qayğı göstərilməsi hamımızın borcudur.


Bu təşəbbüsü reallaşdıran “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin üzvlərindən formalaşdırılmış İctimai Maarifləndirmə qrupu Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən “İctimai Maarifləndirmə” layihəsi çərçivəsində fəaliyyət göstərir. “İctimai Maarifləndirmə” layihəsi artıq ölkəmizin 11 şəhər və rayonunda 30 gənclər təşkilatı tərəfindən icra edilib.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin