17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.04.2021 497

Milli Məclisin Sədri Sahibə Qafarova "Beynəlxalq sülh
və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu"
 mövzusunda onlayn görüşdə iştirak edib


Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.

O, qeyd edib ki, bu gün qloballaşan dünyada sülh və inamın möhkəmləndirilməsində beynəlxalq və regional parlament təşkilatları ilə yanaşı, milli parlamentlər də xüsusi rol oynayır. Bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından çox şey asılıdır. Bu gün parlamentlərarası əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin bərqərar olmasında, dünya siyasətinin aktual problemlərinin həllində, habelə mövcud beynəlxalq hüquq normalarına riayət olunmasında ölkələrə geniş imkanlar yarada bilər.

Görüşdə artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan  Milli Məclisin  Sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həmin dövrdə sözügedən işğal nəticəsində ölkəmizin üzləşdiyi çətinliklərə münasibətdə beynəlxalq birliyin susqunluğu və heç bir tədbir görməməsi müasir dünyada mövcud olan ikili standartlardan xəbər verir. Lakin 2020-ci ilin payızında Ermənistanın təxribatları nəticəsində yenidən alovlanan münaqişəyə 44 günlük Vətən müharibəsində son qoyuldu və Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Bununla da bölgəmizdə yeni reallıqlar yarandı. Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin 2020-ci il 10 noyabr tarixli bəyanatı bölgədə sülhün bərqərar olması və əməkdaşlığın yeni mərhələsi üçün mühüm bir mərhələdir.






Starxeber Bizi instagramda izləyin