22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 28.04.2021 455

Yerli özünüidarəetmənin inkişaf perspektivlərinə dair videokonfransda


Aprelin 28-də Milli Məclisin Regional məsələlər Komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Tədbirə Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd bələdiyyələrinin milli assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri qatılıblar. 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov videokonfransın açılışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yerli özünüidarəetmə institutunun və onun hüquqi bazasının yaradılması, bələdiyyələrin inkişaf yolu haqqında danışıb. Bildirib ki, 44 gün davam edən ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, yenilməz ordumuzun gücü, xalqımızın milli-mənəvi həmrəyliyi nəticəsində 30 ilə yaxın düşmən işğalı altinda qalmış ərazilərimiz işğaldan azad edilib. Bundan sonra həmin ərazilərin bərpası mərhələsi başlayıb və bu mərhələdə bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.

Siyavuş Novruzov bələdiyyələrin rastlaşdıqları çətinliklərdən danışıb, mövcud problemlərin həlli məqsədilə görüləcək zəruri tədbirləri qeyd edib. Bildirib ki, ölkədə uğurla davam edən sosial-iqtisadi inkişaf yolunda bələdiyyələrin rolu əhəmiyyətli dərəcədə artırılmalıdır.

Çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və Binəqədi rayonunun M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov yerli özünüidarəetmənin təkmilləşdirilməsi, həyata keçirilən pilot layihələr, yerli vergilərin yığılması, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, büdcə vəsaitlərindən səmərəli istifadə, bələdiyyələrin fəaliyyətini genişləndirməli olduğu sahələrlə bağlı fikirlərini bildiriblər. 

Videokonfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin canlandırılması, yerli özünüidarəetmə institutunun keçdiyi inkişaf yolu, bu sahənin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi, islahatların aparılması, bələdiyyə-vətəndaş münasibətlərinin gücləndirilməsi vacibliyindən danışıblar, bir sıra təkliflər veriblər. 

 Mövzu ətrafında müzakirələrdə çıxış edən bələdiyyə sədrləri bələdiyyə institutu barədə öz fikirlərini bölüşüblər.

Videokonfransda Milli Məclisin deputatları Elşən Musayev, Səttar Möhbalıyev, Cavid Osmanov və Səbinə Xasayeva da iştirak ediblər.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin