17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 27.04.2021 1 655

Ramazan ayınız mübarək olsun!


Hər xalqın özünəməxsus adət-ənənələri var. Bunlar yaşanıla-yaşanıla yaşadılır. Yeniyetmələr, gənclər bu adət-ənənələrin mahiyyətini, fəlsəfəsini dərk etdikcə xalqın milli mentalitetinə daha yaxından bələd olur, onun sədaqətli daşıyıcısına çevrilir.

Çox qədim dövlətçilik tarixinə malik olan xalqımız milli bayramlarını yüksək könül xoşluğu ilə qeyd edir. Bu bayramlar sırasında Ramazan bayramı xüsusilə fərqlənir. On bir ayın sultanı kimi əzizlənən, olduqca dəyərli fəzilətləriylə xalqın güzəranını nurlandıran Ramazan ayı qarşılıqlı paylaşma, mərhəmət, nəvaziş, böyüklərə aşırı ehtiram, duruluq, saflıq ayı olduğuna görə bunca müqəddəsdir. Xalqımız müqəddəsliyi həmişə müqəddəs sədaqətlə yaşadıb.

Bu ilin Ramazan bayramında məcburi köçkünlər də şükranlıqla göy üzünə baxacaqlar. Torpaqlarımız işğaldan azad edildi!

Bu ilin Ramazan ayı olduqca duyğusallıqla yaşanılır. Bu ilin Ramazan ayı işğaldan qurtuluşun Ramazan ayıdır. Xalq bu il bu qurtuluşu yetirənlərə - Müzəffər Ali Baş Komandana, güclü, qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə müqəddəs niyyətlə dualar edir. Bu ilin Ramazan ayında xalqın 28 il çəkən sıxıntılarından qurtuluşunun müqəddəs duaları eşidilir.

Ramazan ayınız mübarək olsun.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı





Operativ24.az 






Starxeber Bizi instagramda izləyin