10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 27.04.2021 420

Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi


Artıq bir əsrdən artıq müddətdir ki, erməni millətçiləri “qondarma erməni soyqırımı”nın beynəlxalq səviyyədə dünya dövlətləri tərəfindən tanınması üçün əllərindən gələn bütün vasitələrə əl atırlar. Ermənilərin “24aprel 1915-ci il soyqırım aktı” kimi qəbul etdikləri bu tarixlə bağlı isə reallıq əslində tamam başqa yöndə təzahür etmişdi. Tarix boyu dəfələrlə türk-müsəlman qırğını törətmiş, türklərə qarşı soyqırım aktları ilə məşhur olan bu mənfur xalq əsassız iddialarla, tarixi faktları saxtalaşdırmağa çalışaraq “qondarma soyqırım” ifadəsini yaratmışlar. Tarixə nəzər salsaq belə məlum olacaq ki, “uydurma soyqırım” “Şərq məsələsinin” tərkib hissəsi kimi meydana çıxmışdı. Şərq məsələsi Osmanlı imperiyasının tamamı ilə məhvinə yönələn , onun bir dövlət kimi varlığına son qoyan və ərazisinə daxil olan torpaqların bölüşdürülməsini təmin edən, Osmanlıya qarşı digər böyük dövlətlərin işğalçılıq siyasətinin əsas tərəfi idi . Tarixdə daima olduğu kimi yenə də güclü dövlətlər riyakar ermənilərdən xüsusi bir vasitə kimi istifadə edirdilər .Bu isə onların satqın yaltaq və ikiüzlü xisləti ilə bağlı idi. Yaşayıb məskunlaşdıqları ölkələrdə özlərinə dövlət yaratmaq, torpaq iddiası qaldırmaq niyyəti güdən ermənilərlə güclü Osmanlı imperiyasını parçalamaq istəyənlərin niyyətləri üst-üstə düşürdü. Birinci Dünya Müharibəsi zamanı isə ermənilər türklərə qarşı vuruşmaq üçün xüsüsi ilə səfərbər edirdilər.      
Rus qoşunlarının irəliləməsini özünə fürsət bilən ermənilər Şərqi Anadoluda türklərə qarşı xüsusi amansızlıqla qətl və qırğınlar törədirdilər . Onlar buraya ərazi iddiası qaldıraraq Anadoluda   öz dövlətlərini yaratmaq niyyətində idilər. Ermənilərin onlara qarşı “soyqırım aktı “ kimi adlandırdıqları bu hadisə isə əslində türtklərə qarşı qırğınlar törədən ermənilərin müharibə bölgələrindən ölkənin içərilərinə doğru köçürülmə məsələsi idi. Köçürülmə faktı isə, ümumiyyətlə ,müharibə bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Ermənilərin soyqırım fakti ilə bağlı əsassız iddialarından biri odur ki , guya bu soyqırımda 1,5 milyon erməni öldürülüb .Əslində isə tarixi faktlar sübut edir ki, o zaman Şərqi Anadolu ərazisində Sivasda, Ərzurumda, Vanda, Diyarbəkirdə heç ümumən 1,5 milyon erməni yaşamamışdır. Lakin, tarixi faktlara sığınsaq illər boyu erməni millətçilərinin türklərə qarşı qətl  və qarətlər soyqırım aktları törətdiklərinin açıq aydın şahidi ola bilərik. Bunlara ən bariz nümunə kimi soydaşlarımıza qarşı törədilmiş “1918-ci il Mart Soyqırımı “ və Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan “Xocalı Soyqırımı”nı göstərə bilərik.
Lakin, cox təəssüf hissi ilə qeyd etməliyəm ki, bir çox dövlətlərin parlamentləri “qondarma erməni soyqırımı”nın tanınması haqqında qərarlar qəbul etmişlər .Uydurma soyqırımı hətta Avropa Şurası və Avropa Parlamenti də tanımaqdan çəkinməmişdir. .
 ABŞ –ın 43 ştatı soyqırım aktı olaraq bu riyakarlığı tanımış və 24 apreli anım günü elan etmişdir . İlk dəfə prezident Co Bayden öz çıxışında soyqırım ifadəsini işlədərək Türkiyəyə qarşı əsassız və haqsız mövqe  sərgiləmişdir. Mən də bir müəllim kimi və Azərbaycan vətəndaşı olaraq uydurma soyqırım aktını tanınmasını qəti olaraq pisləyir və dünyanı türk dünyasına qarşı ədalətə səsləyirəm.  
 Bildirmək istəyirəm ki, 1989 –cü ildə Türkiyə hökuməti öz arxivlərini tarixçilərin üzərinə açaraq belə bir hadisənin real olmadığını sübut etmişdilər.  Bizim də bir müəllim kimi qarşımıza qoyduğumuz ən ali məqsəd o olmalıdır ki, gələcək nəsillərimizi türk dünyasının düşmənlərinə qarşı savadlı,  mənəviyyatca zəngin və vətənpərvər ruhda yetişdirək. Biz şagirdlərimizi elə yetişdirməliyik ki, gələcəkdə onlar zülmə, haqsızlığa qəti şəkildə göz yummasınlar və doğru bildiklərimizi öz dərin dünyagörüşləri, yüksək savad və bacarıqları ilə daima müdafiə etməyi bacarsınlar.


Arzu Əliyeva, 

“El Gücü” Beynəlxalq Humanitar Assosasiyası İctimai birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri

 







Starxeber Bizi instagramda izləyin