17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 26.04.2021 365

AMADA-nın 14 Dopinq Nəzarəti İnspektoru beynəlxalq inspektor statusu alıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 14  dopinq nəzarəti inspektoru Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramını uğurla başa vurub. Dopinq Nəzarəti İnspektorları Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssis kimi beynəlxalq inspektor statusu alıblar. Bu isə dopinq nəzarəti inspektorlarına  beynəlxalq   yarışlarda, o cümlədən  dünya çempionatları, Olimpiya oyunları və digər böyük yarışlarda, habelə yarışdan kənar dopinq nəzarəti prosesinə cəlb olunma hüququnu verir. 
Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyası və onun gətirdiyi məhdudiyyətləri  nəzərə alaraq təlimləri onlayn formatda   keçirib. İştirakçılar proqram çərçivəsində ən qabaqcıl təcrübələri öyrənib, dopinq testləri üçün istifadə olunan ən son avadanlıq və üsullarla tanış olub, idmançılarla səmərəli ünsiyyət qurmaq və onlara vacib dəstəyi göstərməklə bağlı biliklərini təkmilləşdiriblər. 
Təlim-sertifikat proqramı çərçivəsində AMADA-nın Dopinq Nəzarəti İnspektorları onlayn kursları müvəffəqiyyətlə bitirib yekun imtahanından yüksək ballarla keçiblər. 
Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramının əsas məqsədi  dünyada antidopinq sahəsində dopinq nəzarəti keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Proqramda AMADA da daxil olmaqla dünyanın cəmi 8 milli və regional antidopinq agentliyi iştirak edib. AMADA proqramın hazırlanmasında da aktiv iştirak edib, təcrübələrini və təkliflərini bölüşməklə layihəyə öz töhfəsini verib. 

Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir. 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin