10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 23.04.2021 554

AMADA-da Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib


Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərlikləri arasında görüş keçirilib.  AMADA-nın direktoru Şəfəq Hüseynli, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərli Fəqan Şahverdiyev və  digər əməkdaşların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”dan   irəli gələn məsələlər müzakirə edilib. 

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev  bildirib ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır.  Bundan əlavə  narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də proqramda öz əksini tapıb. İndiyədək bununla bağlı 3 dövlət proqramının müvəffəqiyyətlə tamamlandığını  deyən Fəqan Şahverdiyev  2019-2024-cü illər üçün nəzərdə tutulan 4-cü   proqramın da icrasının uğurla davam etdiyini bildirib.  

AMADA-nın direktoru Şəfəq Hüseynli  bildirib ki, dövlət proqramın icraçı orqanlarının siyahısına əlavə edildikdən sonra AMADA öz fəaliyyətində narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə daha geniş yer verib və bununla bağlı agentliyin 2021-ci il üçün iş planı hazırlanıb. İş planında Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə silsilə təlimlərin təşkili, narkotiklərin mənfi təsirini əyani şəkildə göstərən mobil və ya kompüter tətbiqlərinin, videoçarxların hazırlanması, Narkotik vasitələrin yayılması ilə mübarizə sahəsində müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə AMADA-nın saytı, sosial şəbəkələrdəki hesabları və digər internet resurslarının   imkanlarindan geniş istifadə edilməsi və sair məsələlər əksini tapıb. İş planında həmçinin bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi üçün problemin idmançılar arasında yayılma miqyasını, potensialını, habelə narkotik maddələrin istifadəsinin doğura biləcəyi fəsadlar barədə idmançıların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğunun hazırlanması və respublika idman federasiyaları vasitəsilə idmançılar arasında keçirilməsi nəzərdə tutulur. 

Görüşdə həmçinin Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planında nəzərdə tutulmuş məsələlərin icrası, gələcəkdə görüləcək işlər və bu istiqamətdə koordinasiyalı fəaliyyətin qurulması məsələləri müzakirə edilib.    

Qeyd edək ki, AMADA Azərbaycan Respublikası Prezidentinin 25 dekabr tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı orqanlarının siyahısına əlavə edilib. 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin