22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 23.04.2021 746

Gerçəkləşən arzularımız


Ölkəmizin son yarım əsrlik şanlı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu tarixdə hansı vəzifədə çalışsa belə, öz Vətəni Azərbaycanı canı qədər sevmiş, onu özünün ən müqəddəs varlığı sanmışdır. Ömrünün son illərində söylədiyi hikmətli sözlərin sırasında yer almış “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” kəlamı hər birimizin dilimizin əzbəri olmuşdur.

Ata vəsiyyətini, ata əmanətini, Vətənini öz varlığı qədər sevən və xalqı qarşısında and içən İlham Əliyev hakimiyyətə gəldiyi gündən Yeni Azərbaycan Partiyasının strategiyasını əsas götürərək ölkədə və dünyada qloballaşan siyasəti ilə dünyaya inteqrasiya, ölkə iqtisadiyatının inkişafına böyük önəm verərək ölkənin bütün sahələr üzrə inkişafını təmin etdi.

Belə ki, təsdiq olunmuş bütün dövlət proqramlarının mərhələli şəkildə icra olunması, regionların sosial iqtisadi inkişafı uğurla icra edilir.

Ölkə Prezidenti İlham Əliyev  bütün sahələrin inkişafı ilə bərabər hərb sahəsində böyük uğurlar əldə etməyə çalışdı. 30 il müddətində əzəli-əbədi torpaqlarımız olan Qarabağ mənfur düşmənlərin ayağı altında idi. Bu torpaqları düşməndən azad etmək prezident İlham Əliyevin qarşısında duran ən ümdə vəzifə idi. Bu arzu bütün xalqın ən müqəddəs arzusu idi.Torpaqlarımızın azadlığı uğrunda mübarizə 2020-ci il 27 sentyabrdan 10 noyabra qədər 44 günlük ölüm-dirim mübarizəsində qələbəmizlə başa çatdı. Bu döyüşdə ölkə Prezidenti Ali baş komandan İlham Əliyev və Müzəffər Ordumuz mənfur düşmən üzərində qələbə qazandı. 44 günlük müharibədə Qarabağımız uğrunda qanlı döyüşlərdə igid oğullarımız öz canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Şəhidlərimizlə, Qazilərimizlə Vətənimiz Azərbaycan fəxr edir. Onlar həmişəyaşardırlar.

Müharibə  dövründə və müharibədən sonrakı aylarda ölkə Prezidenti  İlham Əliyev dünya informasiyasına öz müsahibələrini, mesajlarını verməklə tutarlı cavabları ilə onların suallarını məzmunlu və əhatəli şəkildə cavablandırdı. Ölkəmizi istəməyən ikili standartlarla fikir söyləyənlərin dolğun şəkildə cavabını verdi. Bu informasiyalar hər bir Azərbaycanlını qürurlandırır, başını dik tutaraq bütün dünyaya mesajlar verməyə sövq edir. Biz ölkəmizlə və Ali Baş komandanla fəxr edirik. Ölkə pezidenti İlham Əliyev regionların   bütün sahələr üzrə inkişafını hər an diqqət mərkəzində saxlamış və ona nail olmaq üçün prinsipial mövqe nümayiş etdirmişdir. Bu gün Qarabağımızda mənfur düşmən tərəfindən vandallıqla dağıdılmış, viranə qoyulmuş kəndlərimizin və şəhərlərimizin yenidən qurulması ölkənin əsas və vacib işlərindən biridir.

Minalanmış torpaqlarımızın təmizlənməsi, regionlarımıza həyatın qayıtması üçün çox işlər görülməlidir. Bu işdə Prezident İlham Əliyevin istiqamət verdiyi xətlə bütün xalq bir olmalıdır. Ölkəmizin bir parçası olan Qarabağımızda daşı - daş üstündə qoymayan erməni faşizmi vandallıqla bütün tarixi abidələrimizi məhv etmiş və onları erməniləşdirməyə çalışmışdır.Təxribatçı informasiyalar bu gün də ermənilər tərəfindən dünya mətbuatında yer alır. Onlara tərəfimizdən tutarlı cavablar zaman-zaman verilmiş, bu gün də verilir.

Ölkə prezidentinin 2021-ci il 20 aprel tarixində Hacıqabul rayonuna səfəri və orada görülmüş və həyata keçmiş çox böyük layihələrin möhtəşəm görüntülərini izlədik. Bu prezidentin yalnız bir rayon üçün deyil, bütün regionlarımız üçün görmüş və görəcəyi çox böyük işlərin təcəssümüdür. Heç təsadüfü deyil ki, ölkədə aparılan geniş miqyaslı enerji, qazlaşdırma və kənd yollarının belə yenidən qurulması, xəstəxanaların, mədəniyyət obyektlərinin, məktəb binalarının tikilməsi və əsaslı təmiri görülmüş işlərin dövlət proqramlarının icra olunduğunu göstərən amilləri sırasındadır. Qeyri-neft sektorunun inkişafı ölkəmizin regionlarında təsərrüfatların yaranmasına , ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaratmışdır.Ölkədə özəl sektorun inkişafı bütün sahələrin inkişafına stimul verən əsas meyyarlardan biridir.

Bu gün azad edilmiş ərazilərin infrastruktur layihələrin icrası ən vacib məsələ kimi qarşıda durur və həyata keçirilir. Bu fikirlər prezident İlham Əliyevin Şuşa şəhəri və digər rayonların elektrik enerjisi ilə təmin olunması əsas və qarşıda duran iş prinsipi kimi qəbul olumuşdur. Prezidentin müsahibəsində ölkənin yol infrastrukturunun inkişafı Azad olunmuş ərazilərdə ilk növbədə Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz- Zəngilan, Fizuli- Hadrut, Fizuli- Cəbrayıl, Bərdə-  Ağdam, Göygöl- Toğanalı- Kəlbəcər avtomobil yollarının tikintisi davam edir. Bərdə - Ağdam və Horadiz- Zəngilan -Ağbənd dəmiryolu yaradılır. Bu yol Zəngəzur dəhlizinə gedib çıxacaq. Bu yol mənim uşaqlıq arzularımda qalan bir yoldur. Şagird kimi Zəngəzur mahalından mənfur düşmən tərəfindən didərgin salınmış bir şagird  öz yurduna- öz kəndinə bir müəllim kimi qayıtmaq istəyir. Bu mənim ən böyük arzumdur. Binəqədi rayonunda yerləşən Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi kimi Prezidentimlə və onun gördüyü işlərlə fəxr edirəm.


Kərimova Seyda



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin