17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 23.04.2021 1 042

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron şagird qəbuluna start verilməsi və ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçirilməsindən ibarətdir.

Görüşdə çıxış edən İdarə müdiri Mehriban VəliyevaI sinfə elektron qeydiyyatprosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. M.VəliyevaI sinfə elektron qeydiyyat sisteminin(https://mektebeqebul.edu.az/)tətbiqinintəhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət etdiyini qeyd edib.

İnformasiya təminatı sektorunun müdiri Namiq AğayevI sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb. Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib,valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib.

İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində suallara cavab veriləcəyini və müvafiq maarifləndirmə işlərinin aparılacağını bildirib.

Ümumi təhsil sektorunun müdiri Fuad Babayevümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçiriliməsi, təhsil işçilərinin vaksinasiyası və PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsinin təşkili ilə bağlı fikirlərini bildirib.

Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin