10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Siyasət 23.04.2021 5 904

Səbinə Xasayeva: Regionlarımızda dinamik iqtisadi inkişaf təmin ediləcək


Otuz ilə yaxın müddətdə hamı Vətən deyirdi, torpaqlarımızın işğaldan azad edilməsi üçün. İndi də hamı Vətən deyir, işğaldan azad edilmiş şəhərlərin, kəndlərin yenidən qurulması üçün. Zaman anlamında sabah da hamı Vətən deyəcək, yenidən qurulmuş şəhərlərin, kəndlərin dinamik inkişafı üçün...

 
Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində ermənilərin viran qoyduğu torpaqlarımızın bərpa ediləcəyini bildirdi. Vətən müharibəsində ordu ilə nəfəs alan, ordunun qələbə ruhunun ilhamçısı olan xalq bu proqramda da fəal iştirak etmək əzmindədir. Dünya görəcək ki, güclü Azərbaycan dövləti dünyəvi, bəşəri dövlət olaraq torpaqlarını qorumağı da bacarır, onu əkib-becərməyi də, qurub-yaratmağı da. Ölkə başçısının əyalətlərə səfərlərində quruculuq proqramlarının həyata keçirilməsi istiqamətində qlobal işlər görüləcəyinə zəmin yaranır. Sevindirici haldır ki, belə proqramların gerçəkləşməsinin başlıca iştirakçısı yerli əhalidir, yəni əhali cəfasına qatlaşmaq istəyir ki, səfasına da yiyələnə bilsin.

Prezident İlham Əliyevin Hacıqabula səfəri də bu baxımdan tarixiləşəcək. Ölkə başçısının səfəri regionda sosial həyatın yenilənməsi, əhalinin rifahının yaxşılaşması istiqamətində konkret tədbirlər həyata keçiriləcəyinin zəmanətidir. Bu zəmanət ölkədə insan amilinə xüsusi diqqət yetirilməsinin zəmanətidir. Hər belə səfər həmin regionun inkişafında yaddaqalan yeniliklərlə nəticələnir.

Vətən müharibəsi başa çatsa da onun fəsadlarının aradan qaldırılması davam etməkdədir. Ən təhlükəli fəsad ermənilərin qoyub getdiyi minalardır. O minalar təmizlənməyincə işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması, aqrar sektorun inkişafı mümkün olmayacaq. Bu baxımdan minalar təmizlənməlidir. Ölkə başçısı Hacıqabulda verdiyi müsahibədə bu məqamı da diqqətə çatdırmışdır: “Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib. Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verildi”.

Azərbaycan Prezidenti müsahibədə dövlətçilik tariximizlə, dövlətçiliyimizlə bağlı olduqca diqqətçəkən bir məqama da toxunmuşdur. Bu, məqam “Mən azərbaycanlıyam!” deyənlərin hamısının qürurunu kükrədir. Bu, yüz ilin ilhaqı faktına işıq salan məqamdır, tarixin səhvini düzəltməyə yönəldilən haqq, ədalət, bəşərilik mövqeyidir. Dövlət başçımızın çıxışı xalqın niyyətinin ifadəsi kimi dinlənilmişdir, ölkə xaricində də belə anlaşılacaqdır: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Ölkə başçısının bu səfəri də istər konkret regionda, istərsə də ölkə miqyasında sosial-iqtisadi inkişafın istiqamətlərini dəqiqləşdirəcək, nəzərdə tutulan inkişaf proqramlarının həyata keçirilməsini sürətləndirəcəkdir.

Regionda içməli su layihəsinin 2013-cü ildə icra edildiyini, şəhərin içməli su ilə təmin olunduğunu, yolların 75 faizinin yenidən çəkildiyini diqqətə çatdıran ölkə başçısı rayonda bir çox sosial layihələrin də həyata keçirildiyini bildirmişdir.

Aqrar sektorda ölkə başçısının təşəbbüsü ilə son illərdə olduqca mühüm proqramlar reallaşdırılmışdır. Müharibə şəraitində belə proqramların həyata keçirilməsi dövlətin iqtisadi inkişafının səviyyəsi ilə bağlıdır. Hacıqabula səfərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkə başçısı aqrar sektorda görüləcək işlər haqqında demişdir: “Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir. Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub”. Bu fikirlər ölkədə iqtisadi inkişafın parametrləri haqqında informasiya da verir, onun həyata keçiriləcəyi haqqında zəmanət də.

Azərbaycan dünyəvi dövlət olaraq bütün sahələrdə dinamik inkişafdadır. Müasir dünyanın ən başlıca inkişaf sahələri onun yolları ilə də müəyyənləşdirilir. İşğaldan azad edilmiş rayonlarda 28 il müddətində yollar da bərbad hala salınıb. Yeri gəlmişkən, ölkə başçımız bunlara görə Ermənistanın cavab verəcəyini əminliklə, qətiyyətlə bildirib. Yollar abadlaşdırılmasa, əsaslı təmir edilməsə, yenisi salınmasa, orada şəhərlərin, kəndlərin yenidən qurulması xeyli çətinləşər. Camaat doğma ocağına can atır. Bu prosesin tezləşdirilməsi onların uzun illər boyu çəkən ağrı-acılarına, mənəvi sıxıntılarına təsəlli olacaq. Seçicilərim bu prosesi Vətən müharibəsində qazanılan Zəfərə böyük ehtiram hesab edir. Onlar da deyirlər ki, belə olmasa, ölkə başçısının nəzərdə tutduğu “ağıllı kənd” layihəsini operativ müddətdə yerinə yetirmək çətinləşər.

Ümumiyyətlə, cənab Prezidentimizin Hacıqabula səfəri regionların timsalında ölkənin dinamik inkişafının konturları haqqında müfəssəl informasiya verir.
 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin