10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 22.04.2021 802

Yazlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti mayın 31-də başa çatır



Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yazlıq əkinlərə və meyvə bağlarına görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir. Aprelin 21-dək EKTİS-də 17545 fermer 26161 torpaq sahəsi üzrə yazlıq əkinləri bəyan edib. İndiyədək EKTİS-də ümumilikdə 32828 hektar yazlıq əkin sahəsi bəyan olunub.

Qeyd edək ki, yazlıq bitkilərə əsasən pambıq, kartof, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, tərəvəz və bostan bitkiləri daxildir. 

Yazlıq əkinlərin və meyvə bağlarının EKTİS-də bəyanı prosesi mayın 31-də başa çatacaq. Pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyası almaq istəyən fermerlər də öz əkinlərini bu tarixə kimi mütləq bəyan etməlidir.  Meyvə bağı sahibləri 31 mayadək EKTİS-də şəxsi kabinetlərinə daxil olaraq əvvəlki illər bəyan etmiş olduqları bağları barədə məlumatları yeniləməli, yeni bağlar salıblarsa, sistemə daxil etməlidir.

İyun ayından etibarən yazlıq əkinlərlə bağlı monitorinqlərə başlanacaq. Monitorinqlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya qaydalarına uyğun olaraq aparılır. EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

Yazlıq əkinlərin monitorinqindən sonra nəticələrə uyğun olaraq  iyun-iyul aylarında ödənişlər həyata keçiriləcək.

Xatırladaq ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, istehsalçıların “Fermer Kartı”na köçürməklə verilir.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin