Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib.
Operativ24.az xəbər verir ki, sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova aid “Hərdən bir” adlı mahnısını ekranlaşdırıb. Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.
“Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda “Hərdən bir” yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun” deyə, Nura bildirib.
Qeyd edək ki, sənətçi klipdə model Nicat Ələkbərli ilə kamera qarşısına keçib. Onun fotolarını isə Telman Heybətov çəkib.