17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 15.04.2021 517

Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibati binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib. Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Adıgözəl Qənbərov, Ağayar Məmmədov, Dilqəm Əmirov, Mirvari Nadirova, Almas Şərifova və Rəiyyət Məmmədova əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, Bakı-Astara magistral yolunda quraşdırılmış elektrik dirəklərində lampaların quraşdırılması və yolun işiqlandırılmasının, yeni qəbirstanlığın salınması üçün müvafiq ərazi ayrılmasının, qəsəbədə münasib yerdə “Beynəlxalq ” bankın yeni bankomatının yerləşdirilməsinin, fərdi evlərin sənədləşdirilməsinin əhalinin məşğullu üçün yeni iş yerlərinin yaradılmasının, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, maliyyə, bank, hüquq, sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər. Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak etmişlər. Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin