10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 14.04.2021 942

Mart ayında elektrik enerjisi istehsalı artıb


Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt·st artaraq 2364,3 mln. kVt·st olub.  Ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.

Cari  ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6924,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt·st azalaraq 6604,0 mln. kVt·st, SES-lərdə 15,69 mln. kVt·st artaraq 236,09 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 mln. kVt·st azalaraq 84,9 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln. kVt·st, günəş elektrik stansiyalarında 9,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt·ts (İES-lərdə 6041,3 mln. kVt·st, SES-lərdə 215,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt·st (İES-lərdə 56,08 mln. kVt·st, SES-lərdə 17,13 mln. kVt·st, GES-də 8,43 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln. kVt·st olub. İrandan 8,2 mln. kVt·st, Rusiyadan 15,3 mln. kVt·st, Gürcüstandan isə 8,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.

2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509,0 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln. kVt·st artıb. İrana 8,3 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 23,1 mln. kVt·st, Gürcüstana isə 464,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin